Bu gün Misli Premyer Liqasında V tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, turun sonuncu oyunu Sumqayıtda keçiriləcək.
Şəhərin eyniadlı komandası "Neftçi"ni qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 19:30-da başlayacaq. Görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək.
"Gənclik şəhəri" təmsilçisi dörd oyundan sonra 10 xalla ikinci pillədə qərarlaşıb. Əvvəlki matçlarda üç heç-heçə və bir məğlubiyyət əldə edən bakılılar 11-ci yerdədir.
Misli Premyer Liqası
I dövrə, V tur
19:30. "Sumqayıt" – "Neftçi" 0:1 (İkinci hissə)
Qol: Ağadadaş Salyanski, 79
"Sumqayıt": 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 71. Masaki Murata
"Neftçi": 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 17. Murad Xaçayev, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 9. Bassala Sambu, 11. İmad Faraj, 10. Freddi Varqas, 23. Cordan Rezabala
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 27. Kristian Kostin, 22. Luis Ortis, 28. Alessio Kurçi
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elgiz Abbasov
M.H. adına Sumqayıt şəhər stadionu