"Sumqayıt" futbol klubunun rəhbərliyi və məşqçilər heyəti arasında iclas keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Toplantıda verilən qərara əsasən, İsa Suliman komandanın əsas kapitanı təyin olunub. Vitse-kapitanlar isə Roi Kehat və Höccət Haqverdi olacaq.
Qeyd edək ki, daha əvvəl "Sumqayıt"ın kapitanı Səbuhi Abdullazadə idi. O, beş ay yaşıl meydanlardan kənarda qalacaq. Yarımmüdafiəçi "Neftçi"yə qarşı Misli Premyer Liqasının birinci turunun qarşılaşmasının 74-cü dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra meydandan kənarda əli ilə dəhlizin şüşəsini sındırıb. Böyük şüşə parçası ayağına düşərək onu ciddi zədələyib.