Rusiyanın "Spartak" klubu "Liverpul"un keçmiş kapitanı, son olaraq "Əl-İttifaq"ı çalışdıran Stiven Cerrarda yenidən təklif göndərib. Sport24.az xəbər verir ki, bu barədə "Sport-Exspress" məlumat yayıb.
Cerrardın "Spartak"la bağlı mövqeyi dəyişməyib. O, kluba yenidən rədd cavabı verib. Bildirilib ki, mütəxəssis beynəlxalq vəziyyətə görə Rusiyada işləmək variantlarını nəzərdən keçirmək istəmir.
Qeyd edək ki, Cerrard "Əl-İttifaq"dan bu ilin ilin yanvar ayında ayrılıb və həmin vaxtdan işsizdir.