top
Stanislav Çerçesov: Ona görə də komandanızı bəlkə də sizdən yaxşı tanıyıram Sport24.az
12 iyun 2024, 10:00
- ↺ +

Stanislav Çerçesov: "Ona görə də komandanızı bəlkə də sizdən yaxşı tanıyıram"

Uzun müddət idi Stanislav Çerçesovun milli komandamızın "sükanı arxası"na keçəcəyinə dair söhbətlər dolaşırdı. Rusiyalı mütəxəssis özü də müsahibələrində Azərbaycan yığmasını çalışdırmaq arzusunu gizlətmirdi. Lakin artıq qərar verilib və Stanislav Salamoviç Qazaxıstan yığmasının baş məşqçisidi. Tale elə gətirdi ki, ötən gün millimiz Macarıstanda baş tutan yoxlama görüşündə məhz qazaxlarla üz-üzə gəlirdi. Ancaq Rusiya yığmasının sabiq baş məşqçisi bu oyunu tribunadan izləməyi üstün tutdu. Bütün hallarda, yaranmış fürsətdən istifadə etməyə bilməzdik və təcrübəli məşqçi Sport24.az-ın Macarıstana ezam olunmuş əməkdaşının suallarını cavablandırdı.


- Oyun barədə fikirlərinizi bilmək istəyərdik...
- Böyük ölçüdə bu, yoxlama oyunudu. Hər iki komanda hücumu daha istəklə qururdu. Azərbaycanın irəli atılmağa hər zaman daha həvəsli olduğunu onsuz da daha əvvəl də bilirdik. Müdafiədə isə hər iki tərəfdə problemlər sezilirdi. Hesab bərabərləşdikdən sonra Qazaxıstanın 2 real şansı oldu. Tərəzinin gözü hər tərəfə çevrilə bilərdi. Özüm üçün çox şeyləri qeyd etdim. Yeni komandamı canlı olaraq ilk dəfədi izləyirəm. Sakit, planlı şəkildə hərəkət edəcəyik.


- Başa düşürəm ki, hər kəs doğmasını daha çox sevir. Ancaq bu sualı verəcəm: fikrinizcə, Azərbaycan qələbəyə layiq idi?
- Hesab tabloda olandan sonra nə deyə bilərik? Azərbaycan qalib gəlibsə, bizə onları ancaq təbrik etmək qalır.


- Millimiz barədə fikriniz maraqlıdı. Necə görünürdü komandamız?
- Təqribən 5-6 ay öncə milliniz adına mənə müəyyən maraq göstərilirdi. Ona görə də komandanızı bəlkə də sizdən yaxşı tanıyıram. Qazaxıstandan çox danışa bilmərəm, çünki cəmi 1 həftə əvvəl mənimlə təmasa girdilər. Sizin millinizə dair isə bütün xırdalıqları bilirəm.


- Bəs millimizə təyinata nə mane oldu?
- Bunu bilmirəm. Çünki Azərbaycan tərəfdən heç bir rəsmi şəxslə danışmamışam. İndi Azərbaycan öz yolu ilə, Qazaxıstan isə öz cığırı ilə hərəkət edəcək.


- Azərbaycanda nə zamansa çalışacağınıza dair "heç vaxt "heç vaxt" demə" deyimi uyğun gələr?
- Hansısa bayraq altındayamsa, başqa heç nə barədə düşünmürəm. Nə vaxt həmin bayraq endirilər, növbəti səhifə barədə düşünmək olar. Uşaqlara da dedim ki, sentyabrda məsuliyyətli oyunlarımız var və artıq indidən rəqiblərimizin oyununu təhlil etməli və ciddi hazırlaşmalıyıq. Buna görə də Macarıstanı tərk etmirəm və AÇ-nin açılış - Sloveniya - Serbiya görüşünü izləyəcəm.


- Sizə Qazaxıstanla Dünya çempionatının final mərhələsinə düşməyi arzulayırıq. Ancaq bir şərtlə: ordakı rəqiblərinizdən biri Azərbaycan olsun...
- Kimlərsə bu əla sözlərin əleyhinə ola bilər, ancaq mən heç vaxt! Bütün azərbaycanlı furbolsevərlərə salamımı çatdırın. Ölkənizlə hər zaman ən xoş münasibətlərim olub. Nə olsun ki, o vaxt çalışdırdığım "Ferensvaroş"a Qarabağ" qalib gəldi?! Mən özümdən bəzi hallarda daha yaxşı olan rəqibə böyük hörmət bəsləyirəm.


- Stanislav Salamoviç, "Qarabağ" tək klub olaraq yox, ərazi kimi də daim Azərbaycanın olub və olacaq!
- Azərbaycan xalqına atəşin salamlarımı çatdırın.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Oxşar xəbərlər