İngiltərəli mütəxəssis Şon Dayç "Nottingem Forest" futbol klubunun yeni baş məşqçisi olacaq.
"Report"un xəbərinə görə, bu barədə nüfuzlu insayder Fabrisio Romano sosial şəbəkələrdəki səhifələrində məlumat verib.
Məlumata görə, tərəflər şifahi razılığa gəliblər və müqavilə 2027-ci ilin iyununa qədər qüvvədə olacaq. "Everton"un keçmiş məşqçisi bu ilin yanvarından işsiz qaldığından İngiltərə Premyer Liqasına qayıtmağa hazırdır.
54 yaşlı Dayç üçün bu, məşqçilik karyerasında dördüncü klub olacaq - bundan əvvəl o, "Uotford", "Byornli" və "Everton"a rəhbərlik edib.
Qeyd edək ki, bundan əvvəl "Nottingem Forest" baş məşqçi Angelos Postekoqlu ilə yollarını ayırıb.