Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində baş tutan Sloveniya - Danimarka matçının ən yaxşı futbolçusu Kristian Eriksen olub. Sport24.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşün ilk qolunun müəllifi ən yaxşı oyunçu adına layiq görülüb.
Qeyd edək ki, C qrupunda keçirilən Sloveniya - Danimarka matçı 1:1 hesabı ilə yekunlaşıb. 17-ci dəqiqədə Eriksen Danimarka millisini hesabda önə çıxarıb.