top
Skandinaviya səyahətinə son – TƏHLİL İdman.biz
15 iyun 2024, 10:44
- ↺ +

Skandinaviya səyahətinə son – TƏHLİL

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının legioner həyatı başa çatıb.

İdman biz xəbər verir ki, 22 yaşlı hücumçu "Qarabağ"dan transfer olunduğu "Yurqorden"dən geri qayıdıb.

343 gün
Karyerasında ilk dəfə legioner həyatı yaşayan forvard İsveçdə bir ildən də az müddət duruş gətirib. Musa ötən il iyulun 7-də transfer olunduğu klubdan iyunun 14-də qayıdıb. O, Skandinaviya təmsilçisində 343 gün keçirib.

Avrokubok həyəcanı
Qurbanlı yeni transfer olunduğu vaxt avrokubok həyəcanı da yaşayıb. O, Konfrans Liqasının "Lütsern"lə hər iki görüşündə şans qazanıb. Musa təsnifat mərhələsindəki matçların birinə start heyətində də çıxmağa vaxt tapıb. Onun 115 dəqiqə meydanda olduğu görüşlər komandasının mübarizəni dayandırması ilə yekunlaşıb.

Uğurlu avqust və qol həsrəti
Musanın "Yurqorden" karyerasındakı ən uğurlu dövr ötən ilin avqustu olub. Avrokubokda da şans qazanan hücumçu həmin ay çempionatda "Deqerfors"a iki, kubokda "Sandviken"ə bir qol vurub. Bu üç top onun İsveç karyerasındakı bütün uğurlarıdır. Avqustun 23-də qol hesabını açdıqdan dörd gün sonra dubl edən Qurbanlı 10 aya yaxındır klubda qol vurmur.

Kubokda 3 oyun
"Sandviken"lə avqustdakı kubok qarşılaşmasına start heyətində çıxan və qol da vuran futbolçu bu turnirə 3 matç keçirib. Amma Musa kubokda bir daha start heyətə düşməyib. 2024-cü ildə iki dəfə sonradan meydana çıxan hücumçu ümumilikdə 3 kubok oyununda 96 dəqiqə şans qazanıb.

Uğurlu mövsüm
İsveç çempionatının 2023-cü il mövsümünü Musa üçün uğurlu saymaq olar. Düzdür, forvard cəmi 2 qol vurub. Amma 14 görüşdə şans qazanıb. Üstəlik, 10 dəfə start heyətə yer alıb. O, meydanda 801 dəqiqə keçirib.

Yeni il olmayaydı
Qurbanlının İsveç karyerası 2024-cü ildə uğursuzluqla müşayiət olunub. Yeni ildən sonra qürub yaşayan futbolçu bu il vur-tut 4 matça çıxıb. O, çempionatda 2 oyunda 30, kubokda 2 görüşdə 36 dəqiqə oynayıb. Təxminən yarım ildə 66 dəqiqə şans qazanan forvard bu qısa müddətdə fərqlənə də bilməyib. O, kubokda fevralda, çempionatda apreldə oynayıb. Aprelin 28-də QAİS-ə qarşı 10 dəqiqə onun üçün klubdakı son sınaq olub.

21 oyun
Ümumilikdə isə Qurbanlı 343 günlük İsveç karyerasında 16 çempionat, 3 kubok, 2 avrokubok görüşünə çıxıb. O, cəmi 1042 dəqiqə şans qazanıb. Bu müddətdə 3 qol vuran futbolçumuz 12 dəfə start heyətində yer alıb.

Qeyd edək ki, bir ildən sonra "Qarabağ"a qayıdan hücumçu 3 illik müqavilə imzalayıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Dünən, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Oxşar xəbərlər