top
Şimalın gənc futbolçusu Niyazi Osmanovun U-21 debutu: 3 qol, 1 asist və Ayxan Abbasovdan dəvət arzusu Sport24.az
Bu gün, 17:00
- ↺ +

Şimalın gənc futbolçusu Niyazi Osmanovun U-21 debutu: 3 qol, 1 asist və Ayxan Abbasovdan dəvət arzusu

"Şimal"ın futbolçusu Niyazi Osmanov Sport24.az-a müsahibə verib. O, ilk dəfə dəvət aldığı Azərbaycan U-21 millisində keçirdiyi 2 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalmasından danışıb.

 

- Yığmadakı abu-hava necə idi, komandaya uyğunlaşmaq baxımından çətinlik yaşamadın?
- U-21-in düşərgəsində yüksək ab-hava var. Gündən-günə bir-birimizə daha yaxından uyğunlaşır, meydanda anlaşmamızı daha da yaxşılaşdırırıq. Hər məşqdə və oyunda bir-birimizlə yaxından tanıyır, yüksək səviyyədə anlaşırıq.

 

- Millidə keçirdiyin iki oyunda 3 qol vurub 1 məhsuldar ötürmə ilə yadda qaldın. Belə debüt gözləyirdin?
- Bəli, millidə debütüm gözlədiyimdən də yaxşı alındı. Qollar vurduğum üçün çox xoşbəxtəm. Bu çıxışım mənə əlavə motivasiya verir. Daha çox çalışmalı, üzərimdə işləməli və gələcək oyunlarda da komandama fayda verməyə davam etməliyəm.

 

- Sənin bu göstəricin Birinci Liqada çıxış edən digər futbolçular üçün də motivasiya ola bilərmi?
- Bəli, düşünürəm ki, bu, digər uşaqlar üçün də motivasiya olacaq. Onlar da çox çalışaraq özlərini göstərmək və milliyə dəvət almaq üçün əllərindən gələni edəcəklər.

 

- Yəqin ki, gələcəkdə əsas millinin baş məşqçisi Ayxan Abbasovdan dəvət gözləyirsən?
- Əsas millidən dəvət almaq hər bir futbolçunun arzusudur. Mən də bunun üçün daha çox çalışmalı, özümü meydanda sübut etməliyəm. Ayxan Abbasovdan dəvət gələrsə, çox sevinərəm.

 

- Hazırda I Liqada mübarizə aparan "Şimal"ın formasını geyinirsən. Necə düşünürsən, U-21-də göstərdiyin performansla elita klublrının diqqətini cəlb edə bildin? 
- Təbii ki, mən də başqaları kimi daha yüksək səviyyədə, Premyer Liqada oynamaq istəyirəm. Açığı, çox istərdim ki, legioner həyatı yaşayım. Təbii ki, bunun üçün ilk növbədə elita klubunun formasını geyinməliyəm. Ümid edirəm hansısa klubların maraq dairəsinə düşə bildim. Məncə, yığmada özümü yaxşı tərəfdən göstərəcəyim halda istəyimə çatacam. 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:52

Poçettino 'Mançester Siti'yə mesaj göndərdi: 'Mənə vaxt verin, hər şey dəyişəcək'

Futbol
Bu gün, 16:40

CIES-in siyahısı: Dünyanın ən dəyərli 10 qapıçısı təmsil olundu

Qarabağ FK
Bu gün, 16:37

Toral Bayramova bir neçə klubdan rəsmi təklif gəlib

Futbol
Bu gün, 16:23

Şamaxı tam heyətlə Turan Tovuzla qarşılaşmağa hazırdır

Futbol
Bu gün, 16:20

Xuan Mata 38 yaşında karyerasını bitirdi

Futbol
Bu gün, 16:08

Mançester Sitiyə veriləcək cəzanın növbəti mövsümə təxirə salınma ehtimalı

Futbol
Bu gün, 16:00

Santos, Real'dan Rodriq'u 2027 yayına qədər icarəyə götürmək məqsədilə danışıqlara başladı

Futbol
Bu gün, 16:00

Mikelsin həyat yoldaşı transfer üçün maliyyə şərti qoydu

Cüdo
Bu gün, 15:53

Bakıda 21-22 noyabrda cüdo kəmər dərəcəsi imtahani keçiriləcək

Futbol
Bu gün, 15:40

Qalatasaray 21 yaşlı fransalı müdafiəçi El Şaday Bitşiabunu mövsüm ortasında komandadan ayırmaq planlaşdırır

Futbol
Bu gün, 15:39

Vaqif Sadıqov U-17 komandasının Litva ilə 1:1 heç-heçə matcını qiymətləndirdi

Futbol
Bu gün, 15:20

Vedat Muriqiyə maraq: İspaniya kubu Valensiya transferin dəstəyini gözləyir

Futbol
Bu gün, 15:15

Globe Soccer Awards mükafatının 2026-cı ilin ən yaxşı futbolçusu adınadək 26 namizəd açıqlandı

Cüdo
Bu gün, 15:10

Daşkənddə keçirilən gənclərarası dünya çempionatında Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyən olundu

Cüdo
Bu gün, 15:10

Azərbaycan uşu-sanda yığması Balkan çempionatında 19 medal qazandı

Futbol
Bu gün, 15:00

Arda Gülər Real Madridlə müqaviləsini 2032-ci ilin iyun ayına qədər uzatdı

Digər
Bu gün, 14:55

Muay Thai dünya çempionatında Azərbaycan idmançıları qızıl və iki gümüş medal qazanıb

Futbol
Bu gün, 14:53

Mingəçevir futbol klubunda maaş problemi qismən həll edildi, ödənişlər qarşılaşma gününə qədər ediləcək

Futbol
Bu gün, 14:50

Azərbaycan milli futbol komandası 3 məqbulla reytinqdə irəliləyib

Futbol
Bu gün, 14:40

Zirə futbolçusu Anje Mutsinzi zədələndi

Futbol
Bu gün, 14:23

Messi adının kommersiya məqsədləri üçün istifadəsini dayandırmağı tələb edir

Digər
Bu gün, 14:23

Tahir Abdullayev: "UFC-nin texsilərindən məmnunam, Top-20-yə yüksəlmək istəyirəm"

Futbol
Bu gün, 14:20

Kepez klubu fiziki və əqli məhdudiyyətli uşaqları 'Məktəbim UAFA Gəncə' təşkilatının tədbiri çərçivəsində qarşıladı

Oxşar xəbərlər