Rusiya millisi AVRO-2028-in seçmə mərhələsinin püşkatma mərasimində iştirak etməyəcək.
İdman.Biz xəbər verir ki, UEFA dekabrın 6-da Belfastda keçiriləcək püşkatma mərasiminə qatılacaq komandaların siyahısına Rusiya yığmasını daxil etməyib.
Bununla yanaşı, FIFA milli komandaların yenilənmiş dünya reytinqini açıqlayıb. 18 noyabr tarixli siyahıda İspaniya millisi 2004,48 xalla birinci pillədə qərarlaşıb.
İlk üçlükdə Argentina (1966,13 xal) və Fransa (1950,82 xal) yığmaları da yer alıb. İlk onluqda İngiltərə, Mərakeş, Portuqaliya, Braziliya, Belçika, Niderland və Kolumbiya da qərarlaşıb.

Azərbaycan millisi isə yeni siyahıda üç pillə irəliləyərək 124-cü yerə yüksəlib. Ayxan Abbasovun baş məşqçisi olduğu komandanın aktivində 1145,18 xal var.
Yığmamızın irəliləyişinə Millətlər Liqasında Lixtenşteyn üzərində 1:0 hesablı qələbə və Andorra ilə yoldaşlıq görüşündə 3:1 hesablı qələbə təsir edib.
Qeyd edək ki, FIFA-nın növbəti rəsmi reytinq yenilənməsi dekabrın 16-da olacaq.