top
Poçettino 'Mançester Siti'yə mesaj göndərdi: 'Mənə vaxt verin, hər şey dəyişəcək' Idman.biz
Bu gün, 16:52
- ↺ +

Poçettino 'Mançester Siti'yə mesaj göndərdi: 'Mənə vaxt verin, hər şey dəyişəcək'

Maurisio Poçettino "Mançester Yunayted"in baş məşqçisi kimi fəaliyyətə başlamazdan əvvəl əzəli rəqibləri "Mançester Siti"yə mesaj göndərib.

İdman.Biz xəbər verir ki, argentinalı mütəxəssis ABŞ millisinin baş məşqçisi kimi son oyunundan sonra TNT Sports-a müsahibəsində maraqlı dialoqa qoşulub.

ABŞ millisinin Haitini 2:0 hesabı ilə məğlub etdiyi görüşdən sonra telekanalın eksperti, vaxtilə "Mançester Siti"də çıxış etmiş DeMarkus Bisli Poçettinoya müraciət edərək Mançesterin həmişə "mavi" qalacağını deyib. Bununla o, şəhərin digər təmsilçisi "Mançester Siti"nin üstünlüyünə işarə edib.

Poçettino isə bu fikirlə razılaşmayıb:

"Heç vaxt! Görəcəksiniz. Mənə vaxt verin. Hər şey mütləq dəyişəcək!"

Qeyd edək ki, Poçettino Maykl Kerrikin istefasından sonra "Mançester Yunayted"in baş məşqçisi təyin olunub. O, İngiltərə klubu ilə 2,5 illik müqavilə imzalayıb. Argentinalı mütəxəssis ABŞ millisindəki fəaliyyətini başa vurduqdan sonra yeni komandasının düşərgəsinə qoşulacaq.

Poçettino yeni vəzifəsini böyük çağırış kimi qiymətləndirib. O, "Mançester Yunayted"in hazırkı vəziyyətinin klubun tarixinə və azarkeşlərinin səviyyəsinə uyğun olmadığını bildirib.

"Bu, böyük çağırışdır. Eyni zamanda, hiss etmək istədiyiniz adrenalindir. Belə vəziyyətlərlə başa çıxmaq üçün təcrübəmiz var. Hər şeyə sağlam məntiqlə yanaşmalıyıq. "Mançester Yunayted" kimi klubun bu vəziyyətdə olması normal deyil. Azarkeş bazası isə möhtəşəmdir. Amerikada müqavilə imzaladıqdan sonra qarşıma çıxan hər 10 nəfərdən 9-u "Mançester Yunayted" azarkeşi idi", – deyə o bildirib.

Poçettino ABŞ millisindəki işini iki ildən artıq müddətdən sonra başa vurub. O, komandaya 2024-cü ilin sentyabrında rəhbərlik etməyə başlamışdı. Argentinalı mütəxəssisin rəhbərliyi altında ABŞ millisi 37 oyunda 62,16 faiz qələbə göstəricisi əldə edib.

Haiti ilə son qarşılaşmada qazanılan qələbə ABŞ yığmasına KONKAKAF Millətlər Liqasının yarımfinalına yüksəlməyə də imkan verib. Beləliklə, Poçettino milli komandadakı fəaliyyətini uğurlu nəticə ilə başa vurub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:00

Şimalın gənc futbolçusu Niyazi Osmanovun U-21 debutu: 3 qol, 1 asist və Ayxan Abbasovdan dəvət arzusu

Futbol
Bu gün, 16:40

CIES-in siyahısı: Dünyanın ən dəyərli 10 qapıçısı təmsil olundu

Qarabağ FK
Bu gün, 16:37

Toral Bayramova bir neçə klubdan rəsmi təklif gəlib

Futbol
Bu gün, 16:23

Şamaxı tam heyətlə Turan Tovuzla qarşılaşmağa hazırdır

Futbol
Bu gün, 16:20

Xuan Mata 38 yaşında karyerasını bitirdi

Futbol
Bu gün, 16:08

Mançester Sitiyə veriləcək cəzanın növbəti mövsümə təxirə salınma ehtimalı

Futbol
Bu gün, 16:00

Santos, Real'dan Rodriq'u 2027 yayına qədər icarəyə götürmək məqsədilə danışıqlara başladı

Futbol
Bu gün, 16:00

Mikelsin həyat yoldaşı transfer üçün maliyyə şərti qoydu

Cüdo
Bu gün, 15:53

Bakıda 21-22 noyabrda cüdo kəmər dərəcəsi imtahani keçiriləcək

Futbol
Bu gün, 15:40

Qalatasaray 21 yaşlı fransalı müdafiəçi El Şaday Bitşiabunu mövsüm ortasında komandadan ayırmaq planlaşdırır

Futbol
Bu gün, 15:39

Vaqif Sadıqov U-17 komandasının Litva ilə 1:1 heç-heçə matcını qiymətləndirdi

Futbol
Bu gün, 15:20

Vedat Muriqiyə maraq: İspaniya kubu Valensiya transferin dəstəyini gözləyir

Futbol
Bu gün, 15:15

Globe Soccer Awards mükafatının 2026-cı ilin ən yaxşı futbolçusu adınadək 26 namizəd açıqlandı

Cüdo
Bu gün, 15:10

Daşkənddə keçirilən gənclərarası dünya çempionatında Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyən olundu

Cüdo
Bu gün, 15:10

Azərbaycan uşu-sanda yığması Balkan çempionatında 19 medal qazandı

Futbol
Bu gün, 15:00

Arda Gülər Real Madridlə müqaviləsini 2032-ci ilin iyun ayına qədər uzatdı

Digər
Bu gün, 14:55

Muay Thai dünya çempionatında Azərbaycan idmançıları qızıl və iki gümüş medal qazanıb

Futbol
Bu gün, 14:53

Mingəçevir futbol klubunda maaş problemi qismən həll edildi, ödənişlər qarşılaşma gününə qədər ediləcək

Futbol
Bu gün, 14:50

Azərbaycan milli futbol komandası 3 məqbulla reytinqdə irəliləyib

Futbol
Bu gün, 14:40

Zirə futbolçusu Anje Mutsinzi zədələndi

Futbol
Bu gün, 14:23

Messi adının kommersiya məqsədləri üçün istifadəsini dayandırmağı tələb edir

Digər
Bu gün, 14:23

Tahir Abdullayev: "UFC-nin texsilərindən məmnunam, Top-20-yə yüksəlmək istəyirəm"

Futbol
Bu gün, 14:20

Kepez klubu fiziki və əqli məhdudiyyətli uşaqları 'Məktəbim UAFA Gəncə' təşkilatının tədbiri çərçivəsində qarşıladı

Oxşar xəbərlər