Azərbaycan I Liqasında çıxış edən "Şimal" rəqiblərini Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda qəbul edəcək.
İdman.biz bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın ev oyunlarını keçirdiyi Xaçmaz Olimpiya İdman Kompleksinin stadionu I Liqa matçları üçün əlverişsiz hesab olunduğundan Şimal təmsilçisi Şamaxıya köçüb.
Qeyd edək ki, hazırda Misli Premyer Liqasında çıxış edən "Karvan-Yevlax" ev oyunları üçün Şamaxı şəhər stadionunu sifariş edib. Ötən mövsüm I Liqada mübarizə aparan bir neçə klub da rəqiblərini Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda qəbul ediblər.
İdman.biz