"Şimal" futbol klubu növbəti sınaq qarşılaşmasına çıxıb. Sport24.az xəbər verir ki, komanda yoxlama görüşü çərçivəsində "Samur" kollektivi ilə üz-üzə gəlib.
Mucuqoba stadionunda baş tutan matç "Şimal"ın 3:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
Böyüküstünlüklü qələbə qazanan komandanın heyətində qollara 24-cü dəqiqədə Murad Dadaşov, 32-ci dəqiqədə Mustafa Niambele və 86-cı dəqiqədə Pirvərdi Seyidov imza atıblar.