"İnter Mayami"nin yarımmüdafiəçisi Serxio Buskets sosial şəbəkələrində MLS mövsümü başa çatdıqdan sonra karyerasını bitirdiyini elan edib.
Lent.az xəbər verir ki, Buskets paylaşımında, "Hər kəsə və futbola təşəkkür edirəm. Siz həmişə bu gözəl hekayənin bir hissəsi olacaqsınız" yazıb.
Buskets "Barselona" klubunun yetirməsidir. O, 2023-cü ilə qədər "Barselona"nın heyətində çıxış edib. Klubla o, İspaniya çempionatının 9 qat, İspaniya Kubokunun 7 qat, Çempionlar Liqasının isə 3 qat qalibi olub. İspaniya millisinin heyətində dünya və Avropa çempionu adını qazanıb.