top
Sərxan Hacıyev: İstənilən məsələni hazırda gizli saxlamalıyıq Sport24.az
11 iyun 2024, 10:00
- +

Sərxan Hacıyev: "İstənilən məsələni hazırda gizli saxlamalıyıq"

Ötən gün milli komandamız Macarıstanda keçirəcəyi 2 yoxlama görüşü məqsədi ilə Avstriya toplanışında son məşqinə çıxdı. Sport24.az-ın oyunları yerindən izləmək üçün bu ölkələrə ezam edilən əməkdaşı xəbər verir ki, açıq məşqdən sonra AFFA-nın icraçı vitse-prezidenti jurnalistlərin suallarını cavablandırdı.


- Millinin təlim-məşq toplanışını necə dəyərləndirirsiniz?
- Məlum olduğu kimi, hələ milliyə baş məşqçi təyin olunmayıb. Buna baxmayaraq, biz AFFA olaraq millinin məşq prosesini davam etdiririk. İyunun əvvəlində iki oyun tarixi var idi. Albaniya və Qazaxıstan milli komandaları ilə danışıqlar apardıq və iki yoldaşlıq oyununun keçirilməsi ilə bağlı razılaşdıq. Milli komandaya növbəti rəsmi oyunlara hazırlaşmaq üçün lazımi şərait yaratmaq üçün çalışdıq. Albaniyaya qarşı matçda komandamız yaxşı təsir bağışladı. Tablodakı hesab meydandakı oyuna uyğun deyildi. Əlbəttə ki, nəticə yadda qalır. Amma gənc futbolçular özlərini yaxşı tərəfdən göstərdi. Hazırlıq prosesi yaxşı səviyyədə davam edir. Növbəti yoldaşlıq oyunu sabah Qazaxıstan millisinə qarşı olacaq. Futbolçularımız yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcək. Lakin bu, yoldaşlıq oyunudur. Hər birimiz anlayırıq ki, burada əsas olan nəticə yox, hazırlıqdır.


- Yeni baş məşqçinin qarşısına konkret tələb qoyulacaq yoxsa ümumi - "yüksək yerlər uğrunda mübarizə" tipli bir qərara rast gələcəyik?
- Bir neçə gün öncə AFFA İcraiyyə Komitəsinin iclası keçirildi. Orada baş məşqçi məsələsi müzakirə olundu. Yaxın zamanda bununla bağlı açıqlama veriləcək. Açıqlama veriləndə dediyiniz məsələyə də aydınlıq gətiriləcək. Reallıqlar var. Amma məqsəd hər zaman birinci yer uğrunda oynamaqdır. Lakin bundan da qlobal məsələlər var. Əsas məsələlər komandanı növbəti illər üçün hazırlamaqdır və aşağı yaş qruplarına nəzarət etməkdir.


- Vladimir Vays Bakıya gəlmişdi? Əgər gəlmişdisə, onunla niyə anlaşma əldə olunmadı?
- Adlarla bağlı detallı açıqlama vermək istəməzdik. Çünki, konfidensiallıq məsələləri var. Amma təsdiq edə bilərəm ki, Vladimiz Vays Azərbaycanda olmayıb.


- Yeni baş məşqçi ilə uzunmüddətli müqavilə imzalanacaq yoxsa anlaşma yalnız bir tsikli əhatə edəcək?
- Bu da konfidensiallığa aid məsələdir. Yaxın günlərdə detallı şəkildə hər şey qeyd olunacaq.


- Danışıq apardığınız və ya müzakirə etdiyiniz şəxslər arasında yerli mütəxəssislər var?
- Baş məşqçi ilə bağlı istənilən məsələni hazırda gizli saxlamalıyıq.


- "İrəvan" klubunun fəaliyyəti dayandırılacaq yoxsa 2-ci Liqa və ya Rügion Liqasında fəaliyyətini davam etdirəcəklər?
- Bu komanda reqlamentə əsasən II Liqaya salınıb. "İrəvan"ın AFFA bayrağı altında keçirilən turnirlərdə fəaliyyətini davam etdirməsi ilə bağlı məsələyə İcraiyyə Komitəsisnin iclasında baxılacaq. Əlbəttə ki, mövsüm ərzində xoşagəlməz hallar az olmayıb. Bu hallar nəzərə alınacaq.


- Qurban Qurbanov İcraiyyə Komitəsinin iclasından sonra bildirdi ki, I Liqa klubarının infrastrukturunun yaxşılaşdırılması üçün AFFA addımlar atacaq. Hansı klublara yardım olunacağı məlumdur?
- Bu məsələ müzakirə olunub. Lakin detallı olaraq hansı stadionun, infrastrukturun yaxşılaşdırılması, yenidən qurulması dəqiq olaraq müzakirə olunmayıb. Qərar verməzdən əvvəl təhlil aparılmalıdır. Təhlillərin nəticəsi İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq. Bunlar maliyyəyə, AFFA-nın büdcəsinə bağlı olan məsələlərdir.


- Canni De Byazi ilə görüşünüz oldu?

- Bəli, Albaniya ilə oyunumuzda idi. Matça eyni məkandan baxırdıq. De Byazini Albaniya Futbol Federasiyası dəvət etmişdi. Oyundan əvvəl də, sonra da danışıqlarımız oldu. Oyunla bağlı öz fikrini bildirdi. O da dedi ki, matçın nəticəsi oyuna görə deyildi. Əlavə etdi ki, son zamanlarda çox vaxt belə olurdu. Komandanın oyunu ilə bağlı fikri müsbət idi.


- Dövlətin Premyer Liqa klublarına illik ayrıdığı 3 milyon manat artırılacaq?
- Məbləğin 4 milyon manat olması ilə bağlı yazılanlar həqiqəti əks etdirmir. Hazırda olan məlumata görə, 3 milyon manat olduğu kimi qalır, artırılması nəzərdə tutulmur.


- "Xəzər Lənkəran"ın stadionunun milli komandanın oyunu üçün təmir olunması ilə bağlı xəbərlər var. Bu, nə dərəcədə realdır?
- Biz də bu məlumatı mətbuatdan öyrənmişik. Lakin informasiya həqiqəti əks etdirmir. Hazırda belə bir məsələ nəzərdə tutulmayıb.


- COP29 dövründə millinin ev oyunları harada keçiriləcək?
- Həmin dövrə Estoniya ilə oyun düşür. Bu məsələni Estoniya Futbol Federasiyasının rəhbərliyi ilə də müzakirə etmişik. Daxildə də müzakirələr gedir. Hazırda konkret qərar yoxdur. UEFA ilə də danışıqlar gedir. COP29 irimiqyaslı tədbirdir. Oyunu Bakıda keçirmək real görünmür.


- Biz səfərdə oynayacağıq?
- Oyunların yerini dəyişmək məsələsi var idi. Lakin Estoniya tərəfi hava şəraitinə görə bunun uyğun olmadığını bildirdi.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:20

"Liverpul" Salahı Markos Leonardo ilə əvəzləməyi planlaşdırır

Digər
Bu gün, 11:15

Lənkəranda "Shuttle Time" badminton proqramı təşkil olunub

Futbol
Bu gün, 11:03

KİV: Mirça Luçeskunun vəfatı xəbəri yayılıb, rəsmi təsdiq yoxdur

Futbol
Bu gün, 11:00

Vensan Abubakar: "Hər matça final kimi yanaşmalıyıq"

Digər
Bu gün, 10:58

IHF-nin yenilənmiş həndbol qaydaları Azərbaycan dilində nəşr edildi

Futbol
Bu gün, 10:57

Mirça Luçesku ilə bağlı dəhşətli iddia: Beyin ölümü və ailə qərarı gözlənilir

Futbol
Bu gün, 10:52

"Korintians" Dorival Junioru və köməkçilərini istefaya göndərdi

Futbol
Bu gün, 10:50

Ronaldinyodan Lamin Yamala tərif: "10 nömrə etibarlı əllərdədir"

Futbol
Bu gün, 10:40

"Korintians" baş məşqçisi Dorival Junioru istefaya göndərdi

Futbol
Bu gün, 10:35

Konqo prezidenti dünya çempionatına vəsiqə qazanan futbolçulara "Jeep", pul və torpaq vəd edib

Basketbol
Bu gün, 10:20

ABL-də Pley-in Mərhələsinin İkinci Oyunlarına Start Verilir

Güləş
Bu gün, 10:20

Ukraynalı güləşçi Aida Kərimova: "Atam yevlaxlıdır, Yevlaxda qohumlarımız var" - MÜSAHİBƏ

Futbol
Bu gün, 10:16

Ronaldinyodan Lamin Yamal haqqında: "10 nömrə etibarlı əllərdədir"

Futbol
Bu gün, 10:09

Yerdi Sxauten 9 aylıq sıradan çıxıb, Dünya Çempionatını buraxacaq

Futbol
Bu gün, 10:05

"Roma"nın baş məşqçisi "İnter"ə məğlubiyyəti şərh edib

Minifutbol
Bu gün, 10:00

"Şuşa" Futzal Komandasında Maliyyə Böhranı: Maaş Gecikmələri Etirazlara Səbəb Olub

Minifutbol
Bu gün, 10:00

"Şuşa" Futzal Komandasında Maliyyə Böhranı: Oyunçular Meydana Çıxmaqdan İmtina Etdi

Basketbol
Bu gün, 09:50

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin ikinci oyunları başlayır

Futbol
Bu gün, 09:44

Arne Slot mövsümün sonunda "Liverpul"u tərk edəcək

Futbol
Bu gün, 09:40

Bernardo Silva "Mançester Siti"dən ayrılır: Qvardiola təsdiqlədi

Futbol
Bu gün, 09:37

Premyer Liqa klublarının agentlərə xərclədiyi pullar: "Çelsi" liderdir

Futbol
Bu gün, 09:35

Bernardu Silva "Mançester Siti" ilə yollarını ayırır

Futbol
Bu gün, 09:20

Misli Premyer Liqası: Bu gün "Qarabağ" - "Karvan-Yevlax" oyunu

Futbol
Bu gün, 09:20

Dançiulesku: Luçeskunun Türkiyəyə məğlubiyyəti vəziyyəti pisləşdirdi

Oxşar xəbərlər