top
Seriya A: “Yuventus” “Bolonya” üzərində qələbə qazandı, “Cenoa” səfərdə qalib gəldi, “Milan” “Verona”nı məğlub etdi, “Kremoneze” - “Torino”: heç-heçə Idman.biz
20 aprel 2026, 00:56
- ↺ +

Seriya A: “Yuventus” “Bolonya” üzərində qələbə qazandı, “Cenoa” səfərdə qalib gəldi, “Milan” “Verona”nı məğlub etdi, “Kremoneze” - “Torino”: heç-heçə

İtaliya Seriya A-nın 33-cü turu çərçivəsində "Yuventus" öz meydanında "Bolonya"nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, turinlilər matça sürətli başlayıblar. Artıq ikinci dəqiqədə Conatan Devid hesabı açaraq komandasını önə keçirib. Oyunun 57-ci dəqiqəsində isə Kefren Türam "Yuventus"un üstünlüyünü artıraraq matçda son nöqtəni qoyub.

Bu qalibiyyətlə çempionatdakı məğlubiyyətsizlik seriyasını yeddi oyuna çatdıran "Yuventus" 63 xalla turnir cədvəlinin dördüncü pilləsindəki mövqeyini qoruyub. Aktivində 48 xal olan "Bolonya" isə səkkizinci sırada qərarlaşıb.

22:38

İtaliya Seriya A-nın 33-cü turu çərçivəsində "Cenoa" səfərdə "Piza"nın qonağı olub. Qarşılaşma qonaqların 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçın 19-cu dəqiqəsində Simone Kanestrelli meydan sahiblərini hesabda irəli çıxarıb. Lakin üstünlüyünü qoruya bilməyən "Piza" birinci hissənin sonuna yaxın qol buraxıb – 41-ci dəqiqədə Ceff Ehator tarazlığı bərpa edib.

Qarşılaşmanın taleyini həll edən qol isə 55-ci dəqiqədə vurulub. Lorenzo Kolombo penaltini dəqiq yerinə yetirərək "Cenoa"ya üç xal qazandırıb.

Bu qalibiyyətdən sonra xallarının sayını 39-a çatdıran "Cenoa" turnir cədvəlində 13-cü pilləyə yüksəlib. Aktivində cəmi 18 xal olan "Piza" isə sonuncu sırada qərarlaşıb.

19:23

"Milan" İtaliya A Seriyasının 33-cü turunda səfərdə "Verona"nı minimal hesabla məğlub edib - 1:0.

İdman.Biz xəbər verir ki, oyunda yeganə qolu 41-ci dəqiqədə Adrien Rabyo vurub.

Bu qələbə sayəsində xallarının sayını 66-ya çatdıran "Milan" turnir cədvəlində ikinci pilləyə yüksəlib. Komanda əlavə göstəricilərə görə eyni xala malik "Napoli"ni geridə qoymağı bacarıb. Çempionata isə 78 xalla "İnter" başçılıq edir.

Ardıcıl beşinci məğlubiyyətini alan "Verona" sonuncu - 20-ci yerdə qərarlaşıb.

17:10

İtaliya A Seriyasının 33-cü turu çərçivəsində "Kremoneze" öz meydanında "Torino"nu qəbul edib. Qarşılaşma tərəflərin qarşılıqlı hücumlarına baxmayaraq, 0:0 hesablı heç-heçə ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, maraqlı məqam "Kremoneze"nin son səkkiz matçda ilk dəfə heç-heçə etməsidir. Bu nəticədən sonra xallarının sayını 28-ə çatdıran komanda turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Aktivində 40 xal olan "Torino" isə 12-ci yerdədir.

"Kremoneze" növbəti turda, aprelin 24-də səfərdə "Napoli"nin qonağı olacaq. "Torino" isə aprelin 26-da keçiriləcək 34-cü tur matçında çempionatın lideri "İnter"i sınağa çəkəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər