top
Seriya A: “Napoli” “Parma” ilə heç-heçə etdi, “Cenoa” “Sassuolo”nu məğlub etdi Idman.biz
12 aprel 2026, 19:05
- ↺ +

Seriya A: “Napoli” “Parma” ilə heç-heçə etdi, “Cenoa” “Sassuolo”nu məğlub etdi

"Napoli" İtaliya A Seriyasının 32-ci turu çərçivəsində səfərdə "Parma"nın qonağı olub. "Ennio Tardini" stadionunda keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

İdman.Biz xəbər verir ki, meydan sahibləri oyuna sürətli başlayaraq artıq birinci dəqiqədə hesabı açıblar. "Parma"nın yarımmüdafiəçisi Qabriel Strefeçça dəqiq zərbə ilə komandasını önə keçirib. Neapollular bu qola oyunun ikinci hissəsində cavab verə biliblər. Matçın 60-cı dəqiqəsində Skott Maktominey tarazlığı bərpa edib.

Bu nəticə ilə "Napoli"nin beş matçlıq qələbə seriyası dayanıb. Hazırda 66 xalı olan neapollular turnir cədvəlində ikinci pillədə qərarlaşıblar. 36 xala malik "Parma" isə 14-cü yerdədir. Meydan sahibləri bu heç-heçə ilə qələbəsiz oyunlar seriyasını altı matça çatdırıblar.

17:03

"Cenoa" İtaliya A Seriyasının 32-ci turu çərçivəsində öz meydanında "Sassuolo"nu qəbul edib. Gərgin keçən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, genualılar 18-ci dəqiqədə hesabı açıblar. Tommazo Baldantsinin ötürməsindən sonra Ruslan Malinovski fərqlənib. Qonaqlar 57-ci dəqiqədə İsmael Konenin sayəsində tarazlığı bərpa etsələr də, "Cenoa" oyunun sonlarında qələbə topunu vura bilib. Kaleb Ekuban komandasına üç xal qazandıran qola imza atıb.

Matçın sonu hər iki tərəf üçün itkilərlə yadda qalıb. "Sassuolo"da Domeniko Berardi, meydan sahiblərində isə Mikael-Eqil Ellertsson qırmızı vərəqə alaraq meydandan qovulublar.

Bu qələbədən sonra xallarının sayını 36-ya çatdıran "Cenoa" turnir cədvəlində 13-cü pilləyə yüksəlib. "Sassuolo" isə 42 xalla 11-ci sırada qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Bu gün, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Bu gün, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Bu gün, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Bu gün, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Futbol
Bu gün, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Bu gün, 00:33

Neftçi‑Sabah matçının 0:0 dəyərli videolu təqdimatı

Futbol
Bu gün, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
Dünən, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
Dünən, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Qarabağ FK
Dünən, 16:45

Azərbaycan Kubokunda 12‑0 qalibiyyətlə son 23 mövsümün ən böyük fərq rekordunu kəsdi

Cüdo
Dünən, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
Dünən, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
Dünən, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
Dünən, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Futbol
Dünən, 09:56

Neftçi – Sabah qarşılaşması Misli Premyer Liqasının 7-ci turunda Palms Sports Arena’da

Futbol
Dünən, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Dünən, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Dünən, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
08 oktyabr 2026, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
08 oktyabr 2026, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Cüdo
08 oktyabr 2026, 22:46

Bakıda keçirilən cüdo dünya çempionatı: Azərbaycan üçüncü yerdə

Futbol
08 oktyabr 2026, 22:33

PSJ iki oyunçusuna əlavə istirahət verdi

Futbol
08 oktyabr 2026, 21:23

AFFA rəhbərinə UEFA-dan Qadınlar Dünya Çempionatı 2027 seçmə matçı üçün təyinat

Oxşar xəbərlər