top
Seriya A: 30-cu turda İnterdən xal itkisi və digər oyunların nəticələri Idman.biz
23 mart 2026, 01:55
- ↺ +

Seriya A: 30-cu turda "İnter"dən xal itkisi və digər oyunların nəticələri

İtaliya Seriya A-nın 30-cu turu çərçivəsində keçirilən "Fiorentina" - "İnter" qarşılaşması 1:1 hesablı heç-heçə ilə başa çatıb. Florensiyadakı "Artemio Franki" stadionunda baş tutan görüş liderin növbəti büdrəməsi ilə yadda qalıb.

İdman.Biz xəbər verir ki, "İnter" oyuna ildırım sürəti ilə başlayıb. Cəmi 40-cı saniyədə Nikolo Barellanın ötürməsini başla dəqiq tamamlayan Françesko Pio Espozito qonaqları önə keçirib. Lakin meydan sahibləri oyundan qopmayıblar və 77-ci dəqiqədə Şer Ndur rəqib qapısına yol taparaq tarazlığı bərpa edib. Qalan dəqiqələrdə hər iki tərəfin cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.

Bu nəticə ilə "İnter" ardıcıl üçüncü oyunda xal itirib. Milan təmsilçisi buna qədər "Milan"a uduzmuş (0:1), "Atalanta" ilə isə heç-heçə (1:1) etmişdi. Hazırda "İnter" 69 xalla turnir cədvəlinin zirvəsində qalsa da, izləyiciləri ilə fərq azalmaqdadır. "Fiorentina" isə 29 xalla 16-cı pillədə qərarlaşıb.

23:15

İtaliya Seriya A-nın 30-cu turu çərçivəsində keçirilən "Roma" - "Leççe" qarşılaşması ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Romadakı "Olimpiya" stadionunda baş tutan görüşdə azarkeşlər cəmi bir qolun şahidi olublar.

İdman.Biz xəbər verir ki, oyunun taleyini ikinci hissədə vurulan yeganə qol həll edib. Matçın 57-ci dəqiqəsində Robinyo Vaz rəqib qapısına yol taparaq "canavarlar"a vacib qələbə qazandırıb. "Leççe"nin hesabı bərabərləşdirmək cəhdləri nəticəsiz qalıb.

Bu qələbədən sonra "Roma" xallarının sayını 54-ə çatdıraraq turnir cədvəlində altıncı pillədə qərarlaşıb. "Leççe" isə 27 xalla 18-ci yerdə qalıb və təhlükəli zonadan uzaqlaşa bilməyib.

20:35

İtaliya Seriya A-nın 30-cu turu çərçivəsində keçirilən oyunlar maraqlı anlarla yadda qalıb. "Latsio" səfərdə, "Atalanta" isə doğma meydanda rəqiblərini məğlub edərək turnir cədvəlindəki mövqelərini yaxşılaşdırıblar.

İdman.Biz xəbər verir ki, "Latsio" səfərdə "Bolonya"nı 2:0 hesabı ilə üstələyib. Matçın qəhrəmanı dubla imza atan Kennet Teylor olub. Meydan sahibləri hesabı bərabərləşdirmək şansı əldə etsələr də, Rikkardo Orsolini penaltidən yararlana bilməyib.

Bu qələbədən sonra "Latsio" xallarını 43-ə çatdıraraq səkkizinci pilləyə yüksəlib, "Bolonya" isə 42 xalla doqquzuncu yerə geriləyib.

Günün digər qarşılaşmasında "Atalanta" öz meydanında "Verona"nı qəbul edib. Gərgin keçən oyunda yeganə qolu Davide Dzappakosta vurub - 1:0.

Bu nəticə ilə "Atalanta" 50 xalla yeddinci pillədəki yerini möhkəmləndirib. "Verona" isə 18 xalla 19-cu yerdə qalaraq təhlükəli zonadan uzaqlaşa bilməyib.

Qeyd edək ki, "Atalanta"nın kapitanı Marten de Roon bu matçda meydana çıxaraq klub tarixində ən çox oyun keçirən (436 matç) futbolçu rekordunu yeniləyib.

17:51

İtaliya Seriya A-nın 30-cu turu çərçivəsində keçirilən "Komo" - "Piza" matçı meydan sahiblərinin mütləq üstünlüyü ilə başa çatıb. "Cuzeppe Siniqalye" stadionunda baş tutan qarşılaşmada "Komo" rəqib qapısından beş cavabsız top keçirib.

İdman.Biz xəbər verir ki, oyunda hesabı yeddinci dəqiqədə Assane Diao açıb. 29-cu dəqiqədə Anastasios Duvikas fərqi ikiyə çatdırıb. İkinci hissənin startında Martin Baturina (48-ci dəqiqə) hesabı 3:0 edərək matçın taleyini böyük ölçüdə həll edib. Görüşün sonlarında isə Nikolas Pas (75) və Maksimo Perrone (81) fərqlənərək yekun hesabı müəyyənləşdiriblər - 5:0.

Bu qələbədən sonra xallarının sayını 57-yə çatdıran "Komo" turnir cədvəlində dördüncü pillədəki mövqeyini möhkəmlədib. Cəmi 18 xalı olan "Piza" isə sonuncu - 20-ci yerdə qalmaqda davam edir.

Növbəti turda "Komo" aprelin 6-da səfərdə "Udineze"nin qonağı olacaq. "Piza" isə bir gün əvvəl doğma meydanda "Torino"nu qəbul edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:24

İngiltərənin üç nəhəng klubu "Milan"ın müdafiəçisi Koni de Vinter üçün mübarizədədir

Qarabağ FK
Bu gün, 20:15

“Qarabağ” – “Turan Tovuz”: “Azersun Arena”da müddətli qonaqların 0:1 hesablı qələbəsi

Voleybol
Bu gün, 20:11

Qarsda Zəfər Gününə həsr olunan voleybol turnirində İdman Elmləri Fakültəsi qalib oldu

Futbol
Bu gün, 19:58

Türkiyə millisinin Fransa və Belçika ilə oyunlar üçün heyəti açıqlandı

Futbol
Bu gün, 19:52

Bakı Olimpiya Stadionu Borussiya Dortmundun su ilə bağlı iddialarını təkzib edərək əlavə laboratoriya analizlərini açıqladı

Futbol
Bu gün, 19:44

Borussiya Dortmundun su keyfiyyəti iddiaları əsassızdır, Barselona narahat olmamalıdır

Futbol
Bu gün, 19:44

"Real Madrid" qapıçı Ziyon Suzuki üçün rekord cəbhə hazırlayır

Futbol
Bu gün, 19:28

Vikingin forvardı Erik Botheim 4:1 qalibiyyəti haqqında şərh etdi

Futbol
Bu gün, 19:20

Portuqaliyanın ikinci divizion komandası Torreense Avropa Liqasında tarixi qələbə qazandı

Futbol
Bu gün, 19:00

La Liqa 12-ci tur: "Mərakeş"i başqa yerdə çəkin deyərək, "Real Madrid" Valensiya səfərində, liderlik uğrunda isə "Barselona" ilə "Atletiko" mübarizəsində

Digər
Bu gün, 18:44

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında Belarus və Rusiya komandaları birinci yeri tutublar

Voleybol
Bu gün, 18:37

Yusubov: Qızlar Özlərinə İnam Edə Bilməyirlər, Komanda Təcrübə Çatışmazlığı Var

Futbol
Bu gün, 18:29

UEFA "Səbahi"nin "Vikinqə" 4:1 hesabıyla məğlubiyyətini qeyd etti

Futbol
Bu gün, 18:28

Tomas Tuxel: İngiltərə millisinin UEFA Millətlər Liqasındakı bir nömrəli hədəfi birinci yeri tutmaq və Avro-2028-ə hazırlaşmaqdır

Digər
Bu gün, 18:15

Azərbaycan Atletika Federasiyası ERBC 2026-da Portuqaliyada iştirak edir

Futbol
Bu gün, 18:13

Bavariya Məşqçisi Kompanın Sağlamlığı İlə Bağlı Müsbət Gelişmə

Futbol
Bu gün, 17:55

Superliqada liderlik dueli: Qalatasaray‑Amed və Fənərbağçanın yeni dövrü

Futbol
Bu gün, 17:42

Bernardu Silva Portuqaliya millisində Ronaldunun əvəzinə yeni kapitan olacaq

Qarabağ FK
Bu gün, 17:35

“Xankəndi” baş məşqçisi: “Bir xal qazanmadıq, iki xal itirdik”

Futbol
Bu gün, 17:28

Premyer Liqa: Manchester United aşağı düşmə riskində, liderlik mübarizəsi davam edir

Digər
Bu gün, 17:23

Elmira Aslanovanın rəhbərlüyündəki Azərbaycan qadın alpinistləri Everest baza düşərgəsinə uğurla çatdı

Digər
Bu gün, 17:20

Minifutbol üzrə Azərbaycan Milli Komandasının baş məşqçisi Elşad Quliyevə 50 yaşı münasibətilə AMF-dən xatirə hədiyyəsi təqdim edildi

Formula 1
Bu gün, 17:16

Mercedes sürücüsü Corc Rassell motorun dəyişdirilməsi üçün 5 mövqeli cərimə aldı

Futbol
Bu gün, 17:15

Sergen Yalçın Türkiyə milli yığmasının 26 oyunçusunu seçdi

Oxşar xəbərlər