"Milan" hücumçusu Luka Yoviçlə yeni müqavilə imzalayacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Yeni müqavilə 2025-ci ilin yayına qədər qüvvədə olacaq. Onun hazırkı sözləşməsi iyunun sonuna qədərdir.
Qeyd edək ki, Yoviç ötən ilin sentyabrından "Milan"da çıxış edir. O, komandanın heyətində 30 oyun keçirib, 9 qol vurub və 1 qol ötürməsi verib.