top
Zirə kapitanı: İmişliyə qarşı 2:2 nəticə, penalti səhvlərindən dərs Idman.biz
Bu gün, 12:54
- ↺ +

Zirə kapitanı: İmişliyə qarşı 2:2 nəticə, penalti səhvlərindən dərs

"İmişli" ilə matça istədiyimiz kimi başlamışdıq. Matçda nəzarət edən tərəf biz idik. Hesabda 2:0 öndə olsaq da, heç gözləmədiyimiz anda 3 dəqiqə ərzində qapımızda iki penalti gördük. Bu oyunu analiz edib səhvlərimizi düzəltməliyik. Məyusluq var idi, bizə yaraşmayan iki xırda səhv nəticəsində qapımıza penalti təyin edilmişdi. Rəşad müəllim də bizə səhvlərimizi bildirdi. Düşünürəm ki, yaxşı oyunlarımızdan birində qələbə qazana bilmədik. Geriyə baxdığımız oyunların çoxunda qələbəyə layiq olmuşuq. Çempionat elə gedir ki heç bir komanda səhvləri bağışlamır. Rəşad Sadıqov bunu bizə hər zaman deyir. Etdiyimiz səhvlərin üzərində işləyirik və qarşıdakı oyunlarda bu məqamlara daha diqqətli olmalıyıq. Amma bu oyun artıq geridə qalıb, önümüzə baxmalıyıq".

Bu sözləri "Zirə"nin kapitanı Qismət Alıyev deyib. O, komandasının Misli Premyer Liqasının 13-cü turunda "İmişli" ilə 2:2 hesablı bərabərliyi şərh edib. Alıyev komandada zədəlilərin çoxluğunun nəticələrə təsiri barədə isə bunları deyib.

"Çempionatda demək olar ki, zədələrdən ən çox əziyyət çəkən komandalardan biriyik. Təəssüf ki, zədələr hələ də davam edir. İnanıram ki, futbolçularımız tezliklə sıraya döndükdən sonra komandamız daha da optimal vəziyyətə gələcək və gücümüzü daha yaxşı göstərə biləcəyik", - deyə o sportal.az-a açıqlamasında söyləyib.

Sonda isə Alıyev, bu gün Misli Premyer Liqasının 14-cü turunda "Neftçi"yə qarşı keçiriləcək görüşdən gözləntilərini bölüşüb:

"Bu mövsüm ilk oyunda "Neftçi"yə qalib gəlmişdik. Heyətlə bağlı problemlərimiz olsa da, qələbə qazanmağı bacarmışdıq. İndi də zədələrlə bağlı problemlərimiz var. Amma biz meydana çıxdığımız hər oyunda yaxşı futbol nümayiş etdirərək qələbə qazanmaq istəyirik. Bütün diqqətimizi "Neftçi" ilə oyuna yönəltmişik".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:00

Səbail"də ciddi böhran: Prezident sponsorlardan aldıqı vəsaiti müavəzələrə ödəmir

Qarabağ FK
Bu gün, 13:00

Aleksey Kaşukun Ukraynaya qayıdışı "Qarabağ"la müqaviləsinin sərfəli şərtləri səbəbindən çatışmaz maliyyə şərtləri ilə qarşılaşır

Futbol
Bu gün, 12:50

İslandiya millisinin sabiq qapıçısı İnqvar Younsson onkoloji xəstəlikdən 37 yaşında vəfat edib

Futbol
Bu gün, 12:50

"Bayern" Kanyanın əvəzinə əsassız agent statusundakı Mauro İkardini axtarır

Futbol
Bu gün, 12:45

AFFA Region Liqasında təmsil olunan 26 məşqçiyə D kateqoriyalı lisenziya təqdim edilib

Futbol
Bu gün, 12:40

Atletiko PSJ-nin Xulian Alvaresin transferi ilə bağlı müraciətini rədd etdi

Futbol
Bu gün, 12:39

"Səbail" futbol klubu Quba stadionu üçün süni və ya təbii ot örtüyü arasında qalıb

Futbol
Bu gün, 12:36

Tevesin vida matçında Messinin iştirakı təsdiqləndi, Ronaldo isə sual altında qaldı;

Digər
Bu gün, 12:26

ExpoSport Azerbaijan 2026

Digər
Bu gün, 12:25

Bakı İdman Sarayında "ExpoSport Azərbaycan 2026" sərgisinin açılışı baş tutdu

Voleybol
Bu gün, 12:24

Qadın voleybolu Super Liqası: "Azərreyl" "Murov Az Terminal" ilə üz-üzə

Futbol
Bu gün, 12:20

Sampdorinin 18 yaşlı futbolçusu Metsoteronu İtaliyanın 7 rəqib klubu izləyir

Futbol
Bu gün, 12:20

Haalandın atası: Müqavilədəki sərbəstqalma məbləği 100-150 milyon arasında, oğlumu Reala yönləndirmək istəyirən

Futbol
Bu gün, 12:20

Bavariya, Qalatasaray‑ın keçmiş hücumçusu Mauro İkardi‑ni maraq dairəsinə alıb

Boks
Bu gün, 12:17

Fyuri psixoloji problemi haqqında danışıb, Coşua ilə döyüşü ləğv oluna bilər

Futbol
Bu gün, 12:13

Dominik Kalvert-Lyuin "Lids"lə 2,5 illik yeni müqavilə imzalayıb;

Basketbol
Bu gün, 12:09

Anar Sarıyev: Bakıda keçiriləcək Avropa çempionatında medalla mübarizə aparacağıq

Futbol
Bu gün, 12:08

FIFA referisi Marçinyak "Mançester Yunayted"in qolunun ləğv edilməsi üçün üzr istədi

Futbol
Bu gün, 12:00

Səbail klubunda maliyyə böhranı: Prezidentin ölkədən çıxışına qadağa qoyulub

Boks
Bu gün, 11:54

Tayson Fyuri və Entoni Coşua Britaniya ağır çəkili boksunun tarixini necə yenidən formalaşdırır?

Basketbol
Bu gün, 11:42

Lebron Ceymsin Kobi Bryantın xatirə mərasimində iştirak etməməsinin səbəbi açıqlandı

Futbol
Bu gün, 11:42

Beşiktaş futbolçusu Emirhan Topçu xəstəxanada müayinədən keçdi

Qarabağ FK
Bu gün, 11:40

Videonu bu linkdən izləyin

Oxşar xəbərlər