top
Şəfa müdafiəçisi İsmayıl Zülfüqarlı: Neftçi ilə problemlərə görə istədiyim şərtləri tam danışa bilmədim Idman.biz
02 aprel 2026, 17:18
- ↺ +

"Şəfa" müdafiəçisi İsmayıl Zülfüqarlı: "Neftçi" ilə problemlərə görə istədiyim şərtləri tam danışa bilmədim

"Ötən mövsüm Premyer Liqadan Birinci Liqaya düşən komanda olduğu üçün "Səbail"dən gözləntilər böyükdür".

Bunu "Şəfa"nın müdafiəçisi İsmayıl Zülfüqarlı sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- "Şəfa" hazırda Birinci Liqanın vahid lideridir. Milli komandalara görə də çempionata fasilə verilmişdi. Ümumiyyətlə, indiyə qədərki performansınızdan razısınız?

- Komandamızda böyük inam və motivasiya var. Bütün oyunlara çox ciddi hazırlaşırıq ki, hədəfimizə çataq. Bəzi oyunlarda rəqiblərin çox geri çəkilməsinə görə heç-heçələr etmişik. Ancaq bunlar da bizi həvəsdən salmır. Allah qoysa, qarşıdakı oyunlara ciddi hazırlaşıb, əlimizdən gələni edəcəyik.

- "Şəfa" hələ də məğlubiyyətsiz komanda kimi davam edir. Rəqibləri və gərgin mübarizəni nəzərə alsaq, siz mövsümün sonuna qədər məğlubiyyətsiz olacağınıza inanırsınız? Komanda İkinci Liqadan bu yana uduzmur...

- Biz hər oyuna qələbə üçün çıxırıq. Bunun üçün də çox çalışırıq. Allah qoysa, mövsümün sonuna qədər bu seriyanı davam etdirməyə çalışacağıq. Amma əsas məsələ çempion olmaqdır.

- Gözlənilən buidiki, "Şəfa"nın çempionluq mübarizəsində əsas rəqibi "Səbail" olacaq. Siz özünüz nə düşünürdünüz və çempionluq uğrunda mübarizədə əsas rəqib kimi hansı komandanı görürdünüz?

- Ötən mövsüm Premyer Liqadan Birinci Liqaya düşən komanda olduğu üçün "Səbail"dən gözləntilər böyükdür. Bu, hələ də davam edir. Mən də belə düşünürdüm. Ancaq hələ çempionat bitməyib deyə, "Səbaili" də rəqibimiz kimi görürəm.

- Premyer Liqada "Neftçi" və "Turan Tovuz"da oynamışdınız. Bu mövsümü Birinci Liqada keçirirsiniz. Şəxsi karyera baxımından bunu irəliləyiş, yoxsa karyeranızda pauza kimi qiymətləndirirsiniz?

- Premyer Liqadan 100-dən çox oyun keçirmişəm və son mövsümdə də 30-dan çox oyuna çıxmışdım. Sadəcə "Neftçi" ilə yaranan bəzi problemlərə görə, digər klublarla istədiyim şərtləri tam olaraq danışa bilmədim. Ölkə xaricinə də ailəvi məsələlərə görə getmədim. "Şəfa"nın isə gələcəyə olan planlarını, strategiyasını bəyəndiyim və özümü də yenidən bərpa etməyim üçün bura gəldim. Düşünürəm ki, çox yaxşı geri dönəcəm.

- Növbəti turdakı rəqibiniz "Mingəçevir"dir. Onlar da yuxarı pillələr üçün oynayır. Bu komandaya səfərdə yenidən qalib gəlmək mümkün olacaq? Bu mövsüm Mingəçevirdə son dəqiqə qolu ilə 3:2 qazanmışdınız..

- "Mingəçevir" yaxşı və möhkəm komandadır. Özü də, evdə daha yaxşı oynayırlar. Bizim hədəfimiz qalib gəlmək olacaq. Bunun üçün də çalışacağıq. Allah qoysa, buna nail olarıq. Oyuna hazırlıqlarımız davam edir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Oxşar xəbərlər