top
Şəfa klubunda danışılmış oyunlara qarşı maarifləndirici sessiya keçirilib - FOTO Idman.biz
27 yanvar 2026, 20:04
- +

"Şəfa" klubunda danışılmış oyunlara qarşı maarifləndirici sessiya keçirilib - FOTO

Azərbaycan I Liqasında çıxış edən "Şəfa" klubunun üzvləri üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.

İdman.Biz xəbər verir ki, sessiya AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən həyata keçirilib.

Tədbirdə çıxış edən Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi Naib Əsədov futbolçulara danışılmış oyun anlayışı, matç zamanı edilən adi səhvlərlə qəsdən manipulyasiya edilmiş davranışlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun dürüstlüyünə və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat verib.

Sessiya çərçivəsində futbolçuların yalnız idmançı deyil, eyni zamanda dəyərlərin daşıyıcısı olduğu vurğulanıb, ədalət, dürüstlük, məsuliyyət və nümunə olmaq kimi prinsiplərin futbolçuların peşəkar fəaliyyətində mühüm rol oynadığı qeyd edilib.

Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və futbolçulara təsir üsulları təqdimat vasitəsilə izah olunub.

Eyni zamanda, futbolçuların etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, susmağın da məsuliyyət daşıdığı hallarla bağlı praktiki situasiyalar (role play) üzərində müzakirələr aparılıb. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və futbolçuların ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.

Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu bildirilib, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr futbolçulara təqdim edilib.

Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və futbolçuların bu sahədə məlumatlılığının artırılmasıdır.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:00

„Qarabağ“ yaxşı komandadır, ancaq „ÇSKA“ onları məğlub edə bilər

Futbol
Bu gün, 14:35

Efiopiya futbol komandası İsveçdə yoxa çıxıb

Futbol
Bu gün, 14:20

Roberto Mançini: İtaliya millisi dünya çempionatına vəsiqə qazandıqda rəqiblər narahat olur

Futbol
Bu gün, 13:40

PSJ İspaniya millisinin hücumçusu ilə maraqlanır

Qolf
Bu gün, 13:37

Azərbaycan Qolf Federasiyası məktəblilər üçün xüsusi layihəyə başlayır

Futbol
Bu gün, 13:20

Roma Givairo Ridini 25 milyon avroya transfer etməyə çalışır

Güləş
Bu gün, 13:02

Azərbaycan güləşçiləri U-17 dünya çempionatında mübarizə aparır

Futbol
Bu gün, 12:28

Renat Dadaşov Türkiyə klubuna keçməyib

Futbol
Bu gün, 11:51

Mançester Siti Ayub Buaddi ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb

Futbol
Bu gün, 11:40

Kəpəz Rafael Məhərrəmlin ilə məxfi məsələ bağlayıb

Digər
Bu gün, 11:28

Bakıda avarçəkmə və kanoe üzrə açıq çempionat keçirilib

Futbol
Bu gün, 10:40

Neymar üçün vida matçı keçirmək istəyirlər

Futbol
Bu gün, 10:20

Olimpiakos "Mançester Siti"nin keçmiş qapıçısı ilə müqavilə imzalayıb

Futbol
Bu gün, 09:53

"Qobu" futbol klubunun iki üzvü yol qəzasında həyatını itirdi

Futbol
Bu gün, 09:40

Rusiyalı qapıçı bir gündə 3 klub dəyişdi

Futbol
Bu gün, 09:20

Real Madrid Rodriyə 101 milyon avro xərcləməyi düşünür

Minifutbol
Bu gün, 09:10

Konfrans Liqasında Neftçinin cavab oyunu

Futbol
Bu gün, 09:08

İnfantino dünya çempionatındakı payının satılması ilə bağlı tənqidlərə cavab verib

Minifutbol
Bu gün, 09:00

Zirə "Payde" ilə revanş oyununa çıxır

Futbol
Bu gün, 08:40

„Real“ ilə „RB Leypsiq“ arasında Danışıqlar Uğursuz Yekunlaşıb

Futbol
Bu gün, 08:00

Yuventus 18 yaşlı bosniyalı futbolçunun transferinə 40 milyon avro xərcləyəcək

Qarabağ FK
Bu gün, 08:00

Qarabağ Avropa Liqasındakı həlledici oyunu bu gün keçiriləcək

Futbol
Bu gün, 07:14

Fransa milli komandası Zidanın baş məşqçi təyinatından sonra yeni loqotipini təqdim etdi

Futbol
Bu gün, 06:15

Kərim Adeyemi: “Heç bir oyunçudan qorxmuram”

Oxşar xəbərlər