"Hər bir futbolçu şanlı formanı geyinməyi arzulayır".
İdman.Biz xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında "Şəfa"nın qapıçısı Nicat Mehbalıyev deyib.
Son illəri "Sabah"da keçirən kiper bu mövsümdən "göy-ağlar"ın şərəfini qoruyur. Premyer Liqanın geridə qalan dörd turunda da meydana çıxan "əlcək sahibi" inamlı təsir bağışlayıb.
O, "özünü yığma komandada görürsənmi" sualına cavabında belə söyləyib:
"Millidə olsam da, olmasam da, daim onun uğurlarına sevinmişəm. Bundan sonra da sevinəcəm. Ora dəvət olunmaq mənim ən böyük arzularımdan biridir. İnanıram ki, bir gün mənə də dəvət gələcək. O ümidlə hər məşqdə öz üzərimdə səylə çalışıram".