Futbol üzrə Azərbaycan I Liqasında V tura yekun vurulub.
İdman.Biz xəbər verir ki, bu gün "Baku Sportinq" öz meydanında "Şəfa"nı qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
5 turdan sonra 15 xal toplayan "Şəfa" liderdir. 8 xalı olan "Baku Sportinq" isə 4-cü yerdə qərarlaşıb.
"Baku Sportinq" – "Şəfa" 1:2
Qollar: Z.Mərdanov, 68 (avtoqol) - N.Quliyev, 4, P.Azadov, 41