top
Şəfa Baku Arena’da ev oyunlarını yenidən keçirə bilər Idman.biz
Bu gün, 22:40
- ↺ +

Şəfa Baku Arena’da ev oyunlarını yenidən keçirə bilər

Misli Premyer Liqasında çıxış edən "Şəfa" yaxın vaxtlarda ev oyunlarını Bakıda keçirə bilər. Paytaxt klubu əvvəllər "Şəfa" stadionu kimi tanınan, hazırda "Baku Arena" adlandırılan idman qurğusunu icarəyə götürüb.

İdman.Biz xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Əfran İsmayılov məlumat verib.

Onun sözlərinə görə, stadionda aparılan təmir-bərpa işləri artıq yekunlaşmaq üzrədir. Paltardəyişmə otaqlarında və skyboxlarda son tamamlama işləri görülür. Komanda isə bəzi məşqlərini artıq burada keçirir.

"Bu arena həm ərazi baxımından, həm də stadion kimi çox möhtəşəmdir. Şükürlər olsun ki, bizə qismət oldu. Demək olar ki, tez bir zamanda stadionu bərpa etdik. Paltardəyişmə otağı və skyboxlarda işlər son mərhələdədir. Arena oyun üçün demək olar ki, hazırdır. FİFA nümayəndələri baxdılar və bildirdilər ki, həqiqətən də çox yaxşı stadiondur və yaxşı düzəltmisiniz. Stadionu çox təriflədilər. Yəqin ki, onların yekun cavabı 2 və ya 4 həftəyə qədər olacaq. Biz də çalışırıq ki, tez bir zamanda cavabı PFL-ə təqdim edək ki, oyunlarımızı öz meydanımızda keçirək", - deyə Əfran İsmayılov qol.az-a açıqlamasında bildirib.

Klub rəsmisi hazırda ev matçlarının Sumqayıtda təşkil edilməsinin komanda üçün əlavə çətinlik yaratdığını da vurğulayıb:

"Bizə də Sumqayıtda oynamaq çətindir. Ev oyunumuz olsa da, elə bil səfərə gedirik. Şükürlər olsun ki, artıq komanda bəzi məşqlərini öz arenamızda edir. Çalışırıq ki, tez bir zamanda öz stadionumuza qayıdaq".

Qeyd edək ki, bu mövsüm Misli Premyer Liqasına yüksələn "Şəfa" ev oyunlarını hələlik Sumqayıtdakı "SOCAR Polymer Arena"da keçirir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 23:25

Qarabağın əvəzedici komandaya göndərilən futbolçu klubdan ayrıldı

Basketbol
Bu gün, 23:17

Lazar Spasiç: “Sabah” klubunun beynəlxalq arenada belə görünməsi lazımdır

Futbol
Bu gün, 22:59

PSJ "Çelsi"nin 80 milyon avroluq cinah hücumçusu Estevaonu icarəyə götürmək istəyir

Futbol
Bu gün, 22:47

Qəbələ 3:0 Qələbəsi: Bekiri 90 dəqiqədə oyuna nəzarət etdik

Futbol
Bu gün, 22:44

Çelsi hücumçusu Joao Pedro bir neçə həftə yaralanma səbəbindən meydanlardan kənar qalacaq

Futbol
Bu gün, 22:28

Real Madrid Liverpulun yarımmüdafiəçisi Aleksis Mak Allisteri transfer etmək istəyir

Futbol
Bu gün, 22:09

Barselona yayda Harri Keyni transfer etmək istəsə də, Bavariya ilə yeni razılaşmaya gedir

Futbol
Bu gün, 21:56

Betis İkardi 'La Liga'da Qəbulu Üçün Hərəkətə Keçdi

Futbol
Bu gün, 21:49

Fənərbağça İsmail Kartalın təhvilinə dair yeni iddialar

Futbol
Bu gün, 21:47

İsmayıl Kartalla ilə Fənərbağça müqavilə bitdi

Futbol
Bu gün, 21:38

Flik "Barselona"nın aparıcı futbolçularının Sevilyadan qayıtmaq istəyindən narazıdır

Güləş
Bu gün, 21:27

Cəfərov dünya çempionatında finalda 5:8 məğlubiyyətə məruz qaldı

Futbol
Bu gün, 21:26

Barselona Xulian Alvares ilə danışıqlara görə 602 avro cərimə alır;

Futbol
Bu gün, 21:24

Bavariya baş məşqçisi Vensan Kompaninin sağlamlığı yaxşılaşıb

Basketbol
Bu gün, 21:10

Serxio Ramos, Luka Donçiçin 52 xallıq möhtəşəm performansını təqdir etdi - FOTO

Futbol
Bu gün, 20:47

London Meri Harri Keynin “Qızıl Top” mükafatını tarixi hadisə adlandırdı

Güləş
Bu gün, 20:33

Nihat Məmmədli: Dünya çempionatında gümüş medalla kifayətlənmədim, daha rahat güləşib qalib gələ bilərdim

Futbol
Bu gün, 20:07

Pol Skoulz Manchester United üçün ən uyğun baş məşqçi namizədi Antonio Konte olduğunu bildirir

Futbol
Bu gün, 19:50

Rəhim Həsənov: Cavid Cəlilovun Penaltı Qərarı Yanlışdır

Futbol
Bu gün, 19:45

PSJ: Xviça Kvaratsxeli sağ dizindən uğurla əməliyyat edilib

Cüdo
Bu gün, 19:32

Bakıda 20 yaşa qədər cüdoçular arasında şəhər birinciliyi keçirilib

Futbol
Bu gün, 19:28

Arsen Venger Bakıda AFFA təşkilatçılığı ilə ümumiyyətlə məşqçilər üçün master-klassda iştirak edib

Digər
Bu gün, 19:27

Fərid Ələkbərov: ‘5:4’ Qələbə, Daha Yaxşı Oynadıq

Oxşar xəbərlər