"Səbail" mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb.
İdman.Biz xəbər verir ki, bu barədə "Səbail" Peşəkar Futbol Klubu məlumat yayıb.
Klub çempionatın birinci dövrəsini "Şahdağ Qusar"da keçirmiş hücumçu Ruslan Voronsovla mövsümün sonuna qədər müqavilə imzalayıb.
"Səbail"də "9" nömrəli formanı geyinəcək 30 yaşlı futbolçu cari mövsümdə 7 qola imza atıb.