top
Səbail məşqçisi: Futbolçuların adaptasiyasına inanıram Idman.biz
Bu gün, 14:51
- ↺ +

Səbail məşqçisi: Futbolçuların adaptasiyasına inanıram

"İstədiyim məqam odur ki, futbolçularım bu oyunu öz liqamıza da keçirməlidirlər".

Bunu Birinci Liqada çempionluq mübarizəsi aparan "Səbail"in baş məşqçisi Elnur Abdullayev sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan kubokunda "Zirə" ilə görüşdə növbəti mərhələyə vəsiqə qazanmağa yaxın idiniz. Bunun üçün nə çatmadı, keyfiyyət, təcrübə, yoxsa necə?

- "Zirə"ni təbrik edirəm, uğurları bol olsun. Çox maraqlı, gərgin oyun oldu. Özüm məşqçi olaraq oyundan zövq aldım. İnanıram ki, futbolsevərlər, azarkeşlər də bu oyundan zövq aldılar. 120 dəqiqə mübarizə apardıq, baxımlı futbol oynadıq, futbolçularım tapşırıqları yerinə yetirdilər. Oyundan sonra futbolçularıma təşəkkür də etdim.

- Penaltilər seriyasında məğlub olsanız da, bu cür mübarizə yəqin ki, sizə Birinci Liqada çempionluq mübarizəsində böyük motivasiya verəcək?

- İstədiyim məqam odur ki, futbolçularım bu oyunu öz liqamıza da keçirməlidirlər. Düşünürəm ki, belədə oyunlarımız daha rahat olacaq. Futbolçularıma inanıram, güvənirəm. Toplanışda da bu futbolçuların oyununu görmüşəm, necə oynadıqlarını, hansı səviyyədə oynadıqlarını bilirəm. "Zirə" ilə görüşdə də bunu sübut etdilər. Çalışacağıq ki, bu oyunu öz liqamıza daşıyaq. Premyer Liqa və Birinci Liqada oynanılan oyunlar fərqlidir. Komandamda Premyer Liqadan futbolçular olduğu üçün hələ adaptasiya dövrü keçirlər. Amma yavaş-yavaş, oyundan-oyuna Birinci Liqaya alışmağa çalışırlar. Allah qoysa, qarşıda bizi "Gəncəbasar"la ağır oyun gözləyir. Qələbə üçün sona qədər oynayacağıq, qələbə qazanmağa çalışacağıq ki, çempionluq mübarizəsini davam etdirək.

- "Səbail"in turnir cədvəlindəki hazırkı mövqeyi sizi razı salır?

- Açığı, turnir cədvəlindəki mövqeyimiz məni razı salmır. Amma çempionat yeni başlayıb, hələ hər şey qarşıdadır. Sıfırdan yığılan komandayıq. Ona görə də, işimiz çoxdur. Premyer Liqadan gələn futbolçular var. Onlar üçün adaptasiya sarıdan sıxıntı var. Bunu məşqçi olaraq bilirəm. Hər zaman deyirəm ki, Birinci Liqada başqa ab-hava var, bura tez bir zamanda adaptasiya olmaq lazımdır. Burada birəbir mübarizəyə və güc futboluna üstünlük verilir. Ona görə də işimiz çoxdur. Sıfırdan yığılan komandayıq. Amma daha yaxşısı üçün çalışırıq. Əlimizdən gələni edəcəyik ki, mübarizəmizin sonunda istəyimizə çataq. Zamanla komanda öz oyununu tapacaq və daha yaxşı nəticə qazanacağıq. Hədəfimiz çempionluqdur, ona görə də ən yaxşısı üçün çalışacağıq. Çempionluq mübarizəsində rəqiblərə çatmaq istəyirik.

- Növbəti turda rəqibiniz "Gəncəbasar"dır. Evdə bu komandanı məğlub edə biləcəksiz?

- Təbii ki, qələbə üçün oynayacağıq. "Zirə" ilə matçdan sonra hazırlaşmışıq və istəyimiz qalibiyyət əldə etməkdir.

- "Səbail" heyətinə və büdcəsinə görə çempionluğa əsas namizəd göstərilir. Bunun sizin üçün hansısa təzyiq yaratdığını düşünürsünüz? Sizcə, həqiqətən komandanız Premyer Liqa səviyyəsində heyətə malikdir?

- Klub rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Daim yanımızdadırlar, dəstək olurlar. Həm bizim, həm də onların istəyi çempionluqdur. Təzyiqin olması isə normaldır. Neçə illərimi vermişəm futbola. Təzyiqin nə olduğunu bilirəm, özüm də məsuliyyətli insanam. Yaxşı heyətimiz var. Heyət güclü olsa da, futbolçular var ki, bu liqanı tanımır. Hazırda onun üzərində çalışırıq ki, tez bir zamanda liqaya adaptasiya olsunlar. Özüm də onlarla tez-tez danışıram. Elə liqadır ki, onlara çətin gəlir, hələ öyrəşməyiblər. Tez bir zamanda liqaya öyrəşib, oyunumuzu tapmalıyıq. Bunu da edəcəyik. Komandama, futbolçularıma güvənirəm. Birlikdə bu uğuru əldə edəcəyik.

- Heyət olaraq necə, tam istədiyiniz və Premyer Liqaya vəsiqə qazanmağa münasib heyətiniz var? Xarici futbolçularınız da çoxdur...

- Çempionluq yolunda kifayət qədər yaxşı futbolçularımız var. Sadəcə vaxt lazımdır. Çalışırıq ki, adaptasiya dönəmində maksimum xallar qazanaq ki, rəqiblərdən uzaqlaşmayaq. Çempionluğa oynayan komandaya qarşı rəqiblərin motivasiyaya fərqlidir. Bu da normaldır, belə də olmalıdır.

- Rəhbərlik necə, hazırkı nəticəyə görə narazılıq etmirki? Qarşınıza çempionluq vəzifəsi qoyulub, yoxsa pley-off-dan da olsa, əsas odur liqaya yüksəlmək hədəfi?

- Qarşıma qoyulan məqsəd çempionluqdur. Hər şey qarşıdadır. Hələ 8 tur geridə qalıb. Nəyisə danışmaq hələ tezdir. Rəhbərliklə də mütəmadi olaraq danışırıq. Bunun qarşılığını verməyə çalışırıq. Əlimizdən gələni edəcəyik ki, Premyer Liqaya vəsiqə qazanaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:00

U-15 Dünya Kuboku: Azərbaycan yığmasının 84-cü yeri və AFFA-nın jurnalist akkreditasiyası ilə bağlı ləngimi suallar

Futbol
Bu gün, 16:00

Fransişku Konseysau UEFA tərəfindən 3 oyunluq cəzaya məhkum edildi

Futbol
Bu gün, 15:52

İtaliya A Seriyasının X turu: Milan derbisi 'San-Siro'da, 'Yuventus' və 'Napoli' Turində qarşılaşacaq

Cüdo
Bu gün, 15:31

Sumqayıtda Abşeron-Xızı cüdo çempionatı keçdi

Futbol
Bu gün, 15:30

Cim Retkliff 2029-cu ilin ikinci yarısında Manchester United‑in əsas sahibi ola bilər

Futbol
Bu gün, 15:18

FIFA U-15 Dünya Çempionatı: Bakıda 114 min porsiya yemək və 27 ton çamaşır

Futbol
Bu gün, 15:15

Araz-Naxçıvanın futbolçusu Rövşan Muradov "Zirə" ilə matçda zədələndi

Futbol
Bu gün, 15:12

İspaniya U-15 yığmasının baş məşqçisi David Qordo: "Bakıda qazandığımız çempionluq gənclər üçün ömürlük xatirə olacaq"

Futbol
Bu gün, 15:11

Sumqayıtın legioni, Ronaldo Vakzez: "Üç xal qazanmaq bizim üçün vacibdir"

Futbol
Bu gün, 14:54

Arsen Venger: Hər kəs Bakıda keçirilən FIFA U-15 dünya çempionatına aşiq oldu

Futbol
Bu gün, 14:33

Alman mütəxəssis Yulian Naqelsman Juventusun baş məşqçisi ola bilər

Futbol
Bu gün, 14:30

Chelsea və Fulham Real Madridin 21 yaşlı müdafiəçisi Yakobo Ramon üçün rəqabət aparır

Basketbol
Bu gün, 14:12

Azərbaycan komandası idmanında dönüş başladi: Basketbol, voleybol və həndbolda böyük nailiyyətlər

Basketbol
Bu gün, 14:05

Sumqayıt - Sabah oyunu Baki İdman Sarayında keçiriləcək

Futbol
Bu gün, 14:00

Ramik Hacıyev: Dinamo və Polissya ilə danışıqlarım var idi, lakin Metalist 1925 məni daha çox cəlb etdi

Futbol
Bu gün, 13:42

Aston Villa klubunun Ceymi Karragerə qarşı məhkəmə işi

Futbol
Bu gün, 13:30

Futbolun İnkişaf Fondunun 10-cu ildönümü

Futbol
Bu gün, 13:15

Kəpəz Misli Liqa matçında İmişliyə qarşı itki ilə çıxacaq

Basketbol
Bu gün, 13:10

FIBA Avropa Kubokunda “Gəncə” komandası texniki məğlubiyyət aldı

Futbol
Bu gün, 13:04

Azuma Abubakar, "İmişli" qarşısında oynamayacaq

Qarabağ FK
Bu gün, 13:00

“Qəbələ” üçün 9 illik həsrət – “Qarabağ”la 65-ci qarşılaşma, son qələbə 2017-ci il

Gimnastika
Bu gün, 12:50

Mingəçevirdə 8 noyabrda bədii gimnastika üzrə regional yarış keçiriləcək

Formula 1
Bu gün, 12:38

Ferstappen və Louson Meksika Qran-prisinin sərbəst yürüşündəki insident üçün cəzalandırıldı

Oxşar xəbərlər