İngiltərə Premyer Liqasında 24-cü turun son oyunu keçirilib.
İdman.Biz bildirir ki, matçda "Sanderlend" və "Börnli" qarşılaşıblar.
Oyun 3:0 hesabı ilə "Sanderlend"in xeyrinə qurtarıb.
Hesabı 9-cu dəqiqədə Aksel Tuanzebe açıb. Həbib Diarra 32-ci dəqiqədə hesab arasındakı fərqi artırıb. 72-ci dəqiqədə Şəmsdin Talbi yekun hesabı müəyyən edib.
Turnir cədvəlində "Sanderlend" 36 xalla 8-ci yerdədir. "Börnli" 15 xalla 19-cu yerdə qərarlaşıb.