top
Samir Musayev: Yankoviçin yoxluğu itkidir, amma Qarabağda əvəzolunmaz yoxdur Idman.biz
Bu gün, 10:58
- +

Samir Musayev: Yankoviçin yoxluğu itkidir, amma "Qarabağ"da əvəzolunmaz yoxdur

"Marko Yankoviç Azərbaycana gəlmiş ən yaxşı futbolçudur. Fikrimcə, onun yoxluğu belə vacib oyunlarda böyük itkidir. Təsir edəcəkmi? Məncə, edəcək. Amma "Qarabağ"da əvəzolunmaz futbolçu yoxdur".

Bu sözləri "Qarabağ"ın sabiq forvardı Samir Musayev apasport.az saytına müsahibəsi zamanı deyib.

Həmin müsahibəni təqdim edirik:

- "Qarabağ" "Araz-Naxçıvan"la görüşdə böyük hesabla qələbə qazandı. "Benfika" və ardınca da "Araz-Naxçıvan"la görüşdəki Ağdam klubunun performansını necə dəyərləndirirsiniz?

- "Qarabağ həm komanda olaraq, həm də ayrı-ayrı futbolçular baxımından Azərbaycandakı bütün rəqiblərindən güclüdür. Ona görə də, onların qalib gəlməsi tamamilə normal haldır. İstər böyük hesabla, istərsə də minimal nəticə ilə qazanılan qələbə digər komandaların zəifliyini göstərmir. Sadəcə reallıq budur ki, "Qarabağ" hazırda bütün klublardan üstündür. Böyük hesab məsələsinə gəlincə, bu, bəzən rəqibin – məsələn, "Araz-Naxçıvan"ın oyununun həmin gün alınmaması ilə bağlı ola bilər. Bu da futbol üçün normaldır. Necə ki, "Qarabağ" özü də çempionatda zaman-zaman məğlubiyyət yaşayır. İki komandanın oyunları arasındakı fərqə gəldikdə isə, burada xüsusilə sürət baxımından ciddi üstünlük görünür. Bu amil də "Qarabağ"a çempionatda əlavə güc qazandırır.

- "Qarabağ"ı qarşıda "Kopenhagen"lə görüş gözləyir. Bu matçda "Qarabağ"ın qələbə qazanacağına inanırsan?

- Biz həmişə "Qarabağ"ın qələbəsinə inanırıq. Amma futboldur da, hər şey ola bilər. Əsas olan tək qalib gələndə komandanın yanında olmaq deyil, məğlubiyyətdə də komandaya inanmaq, güvənməkdir. "Qarabağ" daha intizamlı, daha çox istəkli oynasa, nəinki "Kopenhagen" istənilən komandaya qalib gələ bilər.

- Marko Yankoviç zədəli olduğu üçün bu görüşdə meydana çıxmayacaq. Onun yoxluğu komanda üçün böyük itki saymaq olar. Sizcə, bu "Qarabağ"ın oyununda çox hiss ediləcək?

- Marko Yankoviç Azərbaycana gəlmiş ən yaxşı futbolçudur. Fikrimcə, onun yoxluğu belə vacib oyunlarda böyük itkidir. Təsir edəcək? Məncə, edəcək. Amma "Qarabağ"da əvəzolunmaz futbolçu yoxdur. Qurban Qurbanov o mövqedə kimi oynadacaq, bilmirəm. Lakin əminəm ki, kim oynasa, komandaya lazımı köməyi edəcək.

- Yankoviçə qədər bu mövsüm avrokuboklarda Kadi Borges onun mövqeyində oynayırdı. Sizcə, Kadi, yoxsa Kristian Kuakunu orada yoxlamaq daha məqsədəuyğun olardı?

- Məşqçilər kimi o mövqedə oynatmaq lazım gəldiyini daha yaxşı bilir. Kadi o mövqedə daha yaxşı oynaya bilər. Emmanuel Addai də son zamanlarda o mövqedə oynayır. Onun da orada çıxış etmək şansı daha çoxdur. Allah qoysa, görəcəyik, məşqçilər kimə şans verəcək.

- "Qarabağ"la bağlı daha çox tənqid edilən mövzu hücumçu transferinin edilməməsi idi. Amma Kamilo Duran "Benfika" ilə görüşdə hücumçu kimi oynadı və effekt verdi. Sizcə, Duranın "Qarabağ"ın yeni hücumçu kimi qəbul etmək olar?

- Məşqçilik tək məşq keçmək deyil. Həm də bəzi futbolçuların istedadını ortaya çıxarmaqdır. Qurban müəllim bu sahədə də çox bacarıqlıdır. Çünki Addaini orta sahə oyunçusu kimi oynatmaq, Kamilo Duranı hücumçu kimi ortaya çıxarmaq hər məşqçinin işi deyil. İndi Duran hücumda Emmanuel Addai isə mərkəzdə daha çox effekt verir. Gələcəkdə necə olacaq, onu indidən demək çətindir.

- Ümumiyyətlə, "Qarabağ"ın bu mövsüm Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanacağına inanırsız? Rəqiblər isə "Atletik" (Bilbao), "Liverpul", "Çelsi", "Napoli", "Ayaks", "Ayntraxt"dır..

- Çətin və əziyyətli olacaq. Amma Allah qoysa, bacararıq. Keçə bilməsək bizim üçün böyük təcrübə olacaq. Futbolumuz üçün böyük uğur sayılacaq. Hər iki ehtimalda qazanan "Qarabağ" və futbolumuz olacaq.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:47

Adi Hyütter: Poqba hələ bərpa mərhələsindədir

Futbol
Bu gün, 12:35

Niko O'Rayli "Mançester Siti" ilə müqaviləsini 2030-cu ilə qədər uzadıb

Futbol
Bu gün, 12:30

Ronald Arauxo karyerasını "Barselona"da başa vurmaq niyyətindədir

Olimpiada
Bu gün, 12:22

Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib

Tennis
Bu gün, 12:13

Fərhad İsmayılov: Gümüş medal qızıldan da qiymətlidir, çünki rəqib Rusiya idi

Tennis
Bu gün, 12:07

Zlata Terekhova: "Bu qələbə mənim üçün sözlə ifadə olunmayacaq qədər dəyərlidir"

Futbol
Bu gün, 12:00

Orxan Əliyev: Legioner həyatı, Qırğızıstan və milli komanda arzusu

Futbol
Bu gün, 12:00

Niderlandlı futbolçu Bas Dost karyerasını başa vurdu

Boks
Bu gün, 11:46

Asxab Kalayev: Vətən Müharibəsi Xatirələri və İdmana Qayıdış

Tennis
Bu gün, 11:42

Zlata Terekova: "Bu qızıl medal bizim üçün çox əhəmiyyətlidir, bu tək mənim deyil, ailəm və üzərimdə əməyi olanların da medalıdır"

Tennis
Bu gün, 11:42

Zlata Terekova: MDB Oyunlarında qızıl medal bizim üçün çox əhəmiyyətlidir

Futbol
Bu gün, 11:30

Lionel Messidən Serxio Busketsə duyğusal vida sözləri

Tennis
Bu gün, 11:19

III MDB Oyunları: Azərbaycan stolüstü tennisçiləri komanda yarışlarında gümüş medal qazanıblar

Futbol
Bu gün, 11:15

Abubakara "Neftçi"dən başqa, İran klublarından da təklif var

Futbol
Bu gün, 11:14

Ayxan Abbasovla razılaşma olmasa, milliyə əcnəbi baş məşqçi gələ bilər

Tennis
Bu gün, 11:13

III MDB Oyunları: Azərbaycan stolüstü tennisçiləri komanda yarışlarında gümüş medal qazanıb

Futbol
Bu gün, 11:09

Misli Premyer Liqasının VI turunda bugünkü oyunlar

Futbol
Bu gün, 10:56

Samir Musayev: Yankoviçin yoxluğu "Qarabağ" üçün itkidir, amma əvəzolunmaz futbolçu yoxdur

Futbol
Bu gün, 10:42

Messi Busketsin karyerasını bitirməsi barədə: "Bizim də çox az vaxtımız qalıb"

Futbol
Bu gün, 10:42

Abdullah Zubir "Kopenhagen" oyunu və "Qarabağ"ın ÇL-dəki şansları barədə danışdı

Futbol
Bu gün, 10:10

FIFA Malayziya millisinin futbolçularını saxta sənədlərə görə cəzalandırdı

Futbol
Bu gün, 10:00

Ueyn Runi niyə Messini Ronaldodan üstün tutduğunu AÇIQLADI: Səbəbi nədir?

Futbol
Bu gün, 10:00

Ayxan Abbasovla razılıq olmasa, Robert Prosineçki yenidən Azərbaycan millisinin baş məşqçisi ola bilər

Oxşar xəbərlər