top
Samir Əliyevdən müsahibə: Çempionluq mübarizəsi, avrokubok şansları və legioner futbolçular Idman.biz
20 mart 2026, 16:14
- ↺ +

Samir Əliyevdən müsahibə: Çempionluq mübarizəsi, avrokubok şansları və legioner futbolçular

"Avrokuboklar uğrunda da maraqlı mübarizə gedir. Mövsümün əvvəlində "Neftçi" avrokuboklar zonasından uzaq düşsə də, artıq oraya yaxınlaşıb".

Bunu Azərbaycan yığmasının sabiq hücumçusu Samir Əliyev futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Misli Premyer Liqasında "Sabah" və "Qarabağ" arasında gərgin çempionluq mübarizəsi gedir. Sizcə, çempion kim olacaq?

– Mövsümün əvvəlində heç kim təsəvvür etməzdi ki, hansısa bir klubumuz "Qarabağ"a çempionluq mübarizəsində ciddi müqavimət göstərər. 12 komandalı çempionat həqiqətən də maraqlı məcrada keçir. Artıq "Qarabağ"a ciddi rəqib formalaşıb. "Sabah"ın çempion olmaq üçün yaxşı şansı var. Amma konkret proqnoz verməkdə adam çətinlik çəkir. Səhv etmirəmsə, "Qarabağ" 2017/2018 mövsümündə də belə bir situasiya ilə qarşılaşmışdı. "Qəbələ" ikinci dövrədən sonra 5-6 xal öndə olsa da, "Qarabağ" sonda çempionluğu bayram etmişdi.

– "Sabah" və "Qarabağ"dan başqa, hansı klublarımızın bizi avrokubokda təmsil edəcəyini düşünürsünüz?

– Avrokuboklar uğrunda da maraqlı mübarizə gedir. Mövsümün əvvəlində "Neftçi" avrokuboklar zonasından uzaq düşsə də, artıq oraya yaxınlaşıb. "Turan Tovuz", "Zirə", "Araz-Naxçıvan", hətta son oyunlarda xallar itirən "Sumqayıt"ın da şansı var.

– Kubokda hansı komandanın qalib olmaq şansı daha çoxdur? "Sabah" titulunu qoruya biləcək?

– Kubok elə bir yarışdır ki, burada öncədən proqnoz vermək çətindir. Təcrübə də onu göstərib ki, gözləmədiyin komandalar da finala çıxır və ya kuboka sahib olur. Düşünürəm ki, yarımfinalda "Qarabağ" və "Sabah" arasında qırğın mübarizə gedəcək. Məncə, bunlardan hansı biri finala çıxacaqsa, o da kubokun qalibi olacaq.

– Vaxtilə oynadığınız və baş məşqçisi olduğunuz "Neftçi"nin Yuri Vernidubun gəlişindən sonrakı çıxışını necə dəyərləndirirsiniz?

– Vernidub təcrübəsinə, bacarığına və savadına görə nəinki Ukraynada, ondan kənarda da tanınan mütəxəssisdir. Mən onu "Zarya"da baş məşqçi işlədiyi vaxtdan xatırlayıram. Çünki 2015-ci ildə Ukraynada PRO kateqoriyası kurslarını oxuyanda Vernidubun həmin vaxt çalışdırdığı "Zarya"nın oyunlarını canlı izləmişdim. Onun fəlsəfəsinə, tələblərinə bələdəm. "Neftçi"yə gəlişindən sonra yaxın çevrədəki insanlarla söhbətdə vurğulayırdım ki, Vernidub "ağ-qaralar" üçün düzgün seçimdir, uğur qazanacağına inanıram. Onun təyinatından sonra avrokuboklara düşmək şansının yaranması "Neftçi" və klubun azarkeşləri adına sevindirici haldır. "Neftçi" Azərbaycan futbolunun flaqmanıdır və böyük azarkeş kütləsinə sahibdir. Bu komandanın avrokubokda oynaması, gələcəkdə çempionluq uğrunda mübarizə aparması həm çempionata əlavə rəng qatacaq, həm də ümumi inkişaf olacaq.

– Mahir Emreli bugünlərdə "Kayzerslautern"in heyətində qol vurdu, Nəriman Axundzadə isə artıq ABŞ-dədir. Legioner həyatı yaşayan futbolçularımızın sayının artması üçün nə etməliyik?

– Uzun fasilədən sonra Mahirin qol vurması sevindirici məqamdır. Emreli xeyli müddət idi ki, zədədən əziyyət çəkirdi. Fikrimcə, hələ optimal formasında deyil. Amma axırıncı matçda sonradan meydana daxil olub qol vurması həm Mahir, həm klubu, həm də klubun azarkeşləri üçün əla məqamdır. Gələcək oyunlarda Mahirdə özünəgüvən daha çox olacaq. Nərimanın da legioner həyatı yaşayacağı gözlənilən idi. Gözlənilməz hal o oldu ki, Avropanı deyil, ABŞ-ni seçdi. Ona da uğurlar arzulayıram. Legioner həyatı yaşamaq kənardan asan görünsə də, çox çətindir. Yeni mühitə uyğunlaşmaq, yeni komandada heyətə düşmək üçün rəqabət aparmaq asan məsələ deyil. Arzu edirəm ki, Nərimanın da legioner həyatı uzunömürlü olsun. Onun ardınca digər gənc futbolçularımızın da gedişi baş tutsun. Ümid edirəm ki, legionerlərimizin sayı artacaq. Belə oyunçularımızın çox olması üçün ilk növbədə uşaq futboluna və akademiyalara diqqəti artırmalıyıq. Klub rəhbərləri tərəfindən akademiyalara istənilən səviyyədə diqqət yoxdur. Hətta elələri var ki, akademiyalarında olan 16, 17, 19 yaşlı istedadlı futbolçulardan xəbərsizdirlər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Qarabağ FK
Dünən, 22:15

Aleksey Kaşuk: Ukrayna Milli Komandanı çağırışı – həyatımın arzuladığı an

Qarabağ FK
Dünən, 22:06

Mourinyo Vinisiusa əzab etdi: Güclü futbolçuların da bad günü olur

Voleybol
Dünən, 21:56

Azərbaycan Qadın Voleybol Super Liqası 2026/2027 mövsümünün açılış matçları

Qarabağ FK
Dünən, 21:55

Bədavi, Qurbanlı və Şahruddin Məhəmmədəliyev Azərbaycan Milli Komandasına dəvət edildi

Qarabağ FK
Dünən, 21:55

Qarabağın 7 futbolçusu milli yığmalara çağırıldı

Olimpiada
Dünən, 21:43

Badmintonçu Ülvi Hüseynov: Heç Vaxt Heçnə İmkansız Değildir - Video

Boks
Dünən, 21:34

Azərbaycan kikboksçuları Avropa çempionatı üçün Şimali Makedoniyaya yola düşdü

Futbol
Dünən, 21:27

Cennaro Qattuzo oktyabr ayının İtaliya Seriyası ən yaxşı məşqçisi seçildi

Futbol
Dünən, 21:26

Manchester Unitedda Carlos Balebanın ciddi zədəsi

Oxşar xəbərlər