top
Samir Abasov Sumqayıta qayıtmaq və işləmək istəmir Idman.biz
15 mart 2026, 13:58
- ↺ +

Samir Abasov "Sumqayıt"a qayıtmaq və işləmək istəmir

Mövsümün əvvəlində avrokuboklara vəsiqə qazanmağa əsas namizədlərdən sayılsa da, son vaxtlar mübarizədən çəkilən "Sumqayıt"da baş verənlər təəccüb doğurur. "Gənclik şəhəri" təmsilçisinin serbiyalı baş məşqçisi Saşa İliçin "Karvan-Yevlax"la (1:1) və "Şamaxı" (0:1) ilə oyunlardan sonra keçirilən mətbuat konfranslarında strategiyanı dəyişdiklərini, əsasən akademiya yetirmələrinə şans verəcəklərini bildirməsi birmənalı qarşılanmadı.

İdman.Biz xəbər verir ki, İliçin qış fasiləsində istədiyi transferlərin baş tutmamasını səbəb göstərərək rəhbərliyə mesaj göndərməsi "körpülərin yandığı" və mövsümün sonunda ayrılığın qaçılmaz olduğu barədə fikirləri gücləndirib.

Hətta serbiyalı mütəxəssisin əvəzləyicisinin də axtarıldığı iddia olunur. Deyilənlərə görə, "Sumqayıt" rəhbərliyi mövsümün bitməsinə təxminən iki ay qalmış bəzi məşqçilərlə əlaqə saxlayaraq legioner mütəxəssisin mümkün əvəzləyicisini müəyyənləşdirməyə çalışır.

Maraqlısı odur ki, namizədlər arasında Samir Abasovun adı da çəkilir. İddialara görə, komandanı sonuncu dəfə avrokuboklara daşıyan, 110 gündür işsiz olan sumqayıtlı mütəxəssisin yenidən "kimyaçılar"ın baş məşqçisi postuna gətirilməsi nəzərdən keçirilir.

Abasov onunla bağlı yayılan məlumatları futbolinfo.az-a belə şərh edib: "Belə bir şey yoxdur, hamısı yalan söhbətdir. Yenidən Premyer Liqada işləmək? Xeyr, istəmirəm. Hələlik işləmək fikrim də yoxdur".

Qeyd edək ki, Samir Abasov Misli Premyer Liqasının XII turunda "İmişli"yə 2:3 hesablı məğlubiyyətdən sonra "Neftçi"nin baş məşqçi postundan istefaya göndərilmişdi. O, 2024-cü ilin oktyabrında "Sumqayıt"dan ayrılaraq "Neftçi"yə getmişdi.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:02

Trent Aleksander‑Arnold Real'dan ayrılacaq? Liverpool onu geri almaq istəyir

Futbol
Bu gün, 16:00

Nigeriyalı futbolçu Favaz Abdullahi Azərbaycandan təklif aldı

Digər
Bu gün, 15:47

İlk dəfə təyyarəyə minənlər, küçə futbolundan DÇ-yə yüksələnlər: Bakıda U-15 mundialının duyğulu hekayələri - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 15:40

"Çelsi" və "Mançester Yunayted" "Komo"nun argentinalısını transfer etmək istəyir

Digər
Bu gün, 15:32

Kayl Uoker məşhur döyməsini sildirəcəyi barədə zarafat edib - FOTO

Digər
Bu gün, 15:28

Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Vengeri keçdi

Futbol
Bu gün, 15:23

Kapello “İnter”in “Şaxtyor”a qarşı ilk hissədəki passiv oyununu tənqid edib

Futbol
Bu gün, 15:20

Palmeyras Copa Libertadores'in ilk finalistı oldu

Futbol
Bu gün, 15:11

Emil Balayev “Neftçi”nin məşqlərinə qayıtdı və oyun üçün hazırdır

Digər
Bu gün, 14:40

Almaniya millisinin sabiq baş məşqçisi "Mançester Yunayted"i çalışdıra bilər

Digər
Bu gün, 14:39

Qalatasaray - Fənərbağça oyununun baş hakimi açıqlanıb

Qarabağ FK
Bu gün, 14:27

Şahin Diniyev “Sabah” - “Qarabağ” oyununda favoritini açıqladı

Digər
Bu gün, 14:12

"Bavariya" Çempionlar Liqasında evdə məğlubiyyətsizlik seriyasını 40 matça yüksəldib

Digər
Bu gün, 14:12

“Kəpəz”in legioneri: “Azarkeşlər potensialımın 60-70 faizini görüblər” - MÜSAHİBƏ + VİDEO

Digər
Bu gün, 14:07

Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar

Futbol
Bu gün, 14:00

Zirə Kapitanı Gəncə Stadionunu və Azarkeşləri Həvəsli Şərhlərlə Maraqladı

Cüdo
Bu gün, 13:57

Hanna Zaytseva Polşaya xəyanətdə ittiham edilib, "Weszlo" portalının jurnalisti isə onu müdafiə edib

Digər
Bu gün, 13:40

Aleksandr Pluşenkonun Belarusla "bazarlığı" alınmadığından Azərbaycana üz tutub

Digər
Bu gün, 13:27

Azərbaycanın batut və tamblinq üzrə dünya çempionatı üçün heyəti açıqlandı

Futbol
Bu gün, 13:12

Rövşən Nəcəf: Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi etməyə hazırdır

Futbol
Bu gün, 13:00

Yusif İmanov: İmişli 1:0 Turan Tovuz'u məğlub etdi – hədəflərimiz var

Futbol
Bu gün, 12:49

Stas Pokatilov UEFA Çempionlar Liqasının üç turda qapıçı səyvlərində TOP-3‑də

Futbol
Bu gün, 12:48

Ramos 40 yaşında, Xetafe klubunun La Ligayə qayıtma potensialı

Digər
Bu gün, 12:42

Altı həftəlik müalicə, fərdi məşqlər və dönüş: “Kəpəz”in kapitanı Verdaskanın son durumu - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Oxşar xəbərlər