top
Samir Abasov Qəbələ - Neftçi oyunundan sonra fikirlərini bölüşdü: Hissələri fasiləyə görə ayıraram, Abubakara görə yox Idman.biz
Bu gün, 18:56
- +

Samir Abasov "Qəbələ" - "Neftçi" oyunundan sonra fikirlərini bölüşdü: Hissələri fasiləyə görə ayıraram, Abubakara görə yox

Misli Premyer Liqasının IX turunun "Qəbələ" - "Neftçi" oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

İdman.Biz xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

"Qəbələ" çox yaxşı komandadır. Burda oynamaq çətindir. "Qəbələ" bütün rəqiblərə qarşı yaxşı oynayır. 10 nəfərlə "Qarabağ"a qarşı mübarizə aparmışdılar. Çox yaxşı komandadırlar. Keyfiyyət baxımından bir az axsaqlıq yaşayırlar. Təcrübəyə bağlı problemdir bu. Bir az da təcrübə qazansalar, yuxarı sıralarda olacaqlar. Öz futbolçularıma minnətdaram. Ağır barıyeri aşdılar. İlk hissədə çox çətinlik çəkdik. İkinci hissədə rəqibin açılacağını bilirdik. Daha təhlükəli ola biləcəyimizi bilirdik. Bütün futbolçulara təşəkkür edirəm. Azarkeşlərimizə də minnətdaram. Yolumuza davam edirik".

– Edvin Kuç və Elvin Camalovu startda meydana buraxmaqla risk etdiyinizi düşünmürsünüz?

– Xeyr. Bu, düşünülmüş addım idi. Burda daim məşq edən komandaların üstünlüyü var. Rəqibin hücumlarının qarşısını almaq istəyirdik. Alındı, alınmadı deyə bilmərəm. Oyunun əvvəlində Metyunu düşünə bilməzdik. Çünki bu atmosferdə onu itirə bilərdik. Kənarda məşq etdi, hazırlaşdı və ikinci hissə meydana buraxdıq.

– Sessi Almeydanın oynamaması nə ilə bağlı idi?

– Buranı tanıyan uşaqlara şans vermək istədik. Hər oyunçu oynamaq üçün hazır olmalıdır.

– Hücumda 3 futbolçunu eyni anda dəyişdiniz. Bu da effektini verdi. Növbəti matçlarda bu, həlledici ola bilər?

– Bir neçə dəfədir ki, əvəzetmələr effekt verə bilir. Bu gün kiminsə yaxşı oyuna qoşulub-qoşulmaması yox, oyunçuların hər birinin əsas formada olması vacibdir.

– Oyundan sonra Metyuya hansı iradları bildirdiniz?

– İrad bildirmədim. Onun meydandakı duruşu ilə bağlı istəklərimiz var idi.

– Oyunu iki hissəyə bölsəniz, fasilələri seçərsiz, ya Abubakarın girişindən sonrakı dönəmlə əvvəlkini?

– İkinci hissədə komanda olaraq yaxşı çıxış etdik. Rəqibə imkan vermədik. Hissələri fasiləyə görə ayıraram, Abubakara görə yox.

– Son günlər müzakirə mövzusu yerli qapıçı məsələsidir. "Neftçi"də Rza Cəfərova şans verilmir. Onu icarəyə götürmək daha məqsədəuyğun deyildi?

– Qərarları klub, biz veririk. Qapı xəttində ciddi rəqabət var. Bunu yaratmaq istəyirdik. Bizimçün yerli, əcnəbi fərqi yoxdur.

– Abubakarın növbəti matçda azı yarımsaat oynamaq şansı var?

– Bəli, elə futbolçular var ki, 45 dəqiqə oynayar, imkanlar yaradar. Abubakar da belə oyunçulardandır. Onun kimi futbolçularla bağlı qərarı fiziki durumla əlaqəli vermək olmaz.

– İkinci qələbənizi qazandız. Amma 9 turda 2 qələbə çox azdır.

– Dayanmadan təhlillər aparırıq. Mövsümün əvvəlində ideal vəziyyətdə deyildik. Nə itirdiksə, həmin dönəmlərdə itirdik. Yaxşı oyunlarımız olub. Böyük problemli oyunlar yox idi. Lakin indi geriyə baxmaqla peşmanlıq yaşamaq olmaz. Ancaq qalib olmaq üçün işimizi görəcəyik.

İdman.Biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:52

"Real" "El-Klasiko"da "Barselona"ya qalib gəldi: hesab 2:1

Basketbol
Bu gün, 22:50

"Fənərbaxça"nın borcu rekord həddə çatdı: 588 milyon avro

Güləş
Bu gün, 22:42

U-23 Dünya Çempionatı: Kənan Heybətov çempion oldu, digər güləşçilərin nəticələri — YENİLƏNİR

Futbol
Bu gün, 22:37

Qurban Qurbanov "Şamaxı" oyunu və hakimliyin oyun tempinə təsiri haqqında

Formula 1
Bu gün, 22:34

Malayziya Qran-Prisi öncəsi qəza: Rueda və Dettviller xəstəxanaya yerləşdirilib

Futbol
Bu gün, 22:22

Haaland Şirerin Premyer Liqada qış vaxtına keçid öncəsi rekordunu təkrarladı

Futbol
Bu gün, 22:18

El Klasikoda oyunsonu insidenti: Rafinya və Vinisius Junior qarşıdurması

Futbol
Bu gün, 22:11

Patrik Andrade "Araz-Naxçıvan" - "Sabah" oyunundan sonra fikirlərini bölüşdü

Futbol
Bu gün, 21:55

Retkliff Levandovskinin "Mançester Yunayted"ə transferinə qarşı çıxdı

Futbol
Bu gün, 21:53

Abubakarın "Neftçi"də uğurlu debütü: "Qəbələ"yə qarşı qol və qol ötürməsi

Futbol
Bu gün, 21:40

Ayxan Abbasov: "Qarabağ"a qarşı çəkinmədən mübarizə apardıq"

Futbol
Bu gün, 21:33

"Real Madrid" "El Klassiko"da "Barselona" üzərində qələbə qazandı

Futbol
Bu gün, 21:30

"El Klasiko"da "Real Madrid" "Barselona"ya qalib gəlib

Futbol
Bu gün, 21:26

"El Klassiko"da "Real Madrid" "Barselona"nı məğlub edib

Futbol
Bu gün, 21:23

"Fənərbaxça" "Qaziantep FK" ilə matça zədəsiz heyətlə çıxır

Futbol
Bu gün, 21:23

Vensan Abubakar: "Neftçi"yə faydalı olmaq və komanda yoldaşlarımla gücümüzü birləşdirmək üçün gəlmişəm

Futbol
Bu gün, 21:12

Ayxan Abbasov: Səfərdə qazanılan bir xal bizim üçün daha önəmlidir

Güləş
Bu gün, 21:00

U-23 Dünya Çempionatı: Azərbaycan güləşçilərinin çıxışı, iki final görüşü və medal hesabımız — YENİLƏNİR

Futbol
Bu gün, 20:54

La Liqa: "Mayorka" və "Levante"nin matçı 1:1 hesabı ilə başa çatdı

Basketbol
Bu gün, 20:54

NTD baş məşqçisi məğlubiyyəti heyət problemleri ilə əlaqələndirdi

Futbol
Bu gün, 20:40

Liqa 1: "Lill" "Mets"i böyük hesabla məğlub etdi

Futbol
Bu gün, 20:34

Dibalanın qolu "Roma"ya "Sassuolo" üzərində qələbə qazandırdı

Futbol
Bu gün, 20:30

"Qarabağ" - "Şamaxı" matçı qolsuz başa çatdı - 0:0

Futbol
Bu gün, 20:27

"Arsenal" "Kristal Pelas" üzərində qələbə qazanaraq liderliyə yüksəldi

Oxşar xəbərlər