top
Samir Abasov: “Gələcəkdə Premyer Liqada daim yüksək yerlər uğrunda mübarizə aparan və…” Sport24.az
11 iyun 2024, 12:07
- +

Samir Abasov: “Gələcəkdə Premyer Liqada daim yüksək yerlər uğrunda mübarizə aparan və…”

Bəlkə də ötən mövsümün startında çoxları "Sumqayıt"ın  avrokuboklara vəsiqə qazanacağını ehtimal etmirdi. Ancaq Samir Abasovun rəhbərlik etdiyi" kimyaçılar" bunu bacardılar. Qarşıda isə sumqayıtlıları Konfrans Liqası gözləyir. Komanda qitəmiqyaslı turnirə necə hazırlaşır, məşqçilər korpusu hansı planları cızır? Bu və bizi maraqlanran suallara cavab tapmaq üçün Abasovla söhbətləşmək qərarına gəldik. 46 yaşlı mütəxəssis Sport24.az-a müsahibəsində qarşıya qoyulan məqsəd, bunu reallaşdırmaq yönündə planlardan və klubun transfer siyasətindən danışıb.   

 

 

- Samir müəllim, istirahət necə gedir?
- İstirahət futbolçular üçündü. Biz məşqçilər daim iş başındayıq. Hətta çempionat dövründən daha sıx qrafikdə çalışırıq. Transfer çalışmalarıyla məşğuluq, yeni oyunçuları izləyir, qarşıdakı avrokubok və çempionatla bağlı planlar qururuq.

 

- İstədiyiniz oyunçuları tapa bilirsiz?
- Xeyr, çətinlik çəkirik. Azərbaycana futbolçu gətirmək çox çətindi. Hətta əllərində yaxşı pulu, şəraiti olan klublarımız belə səviyyəli legionerləri minbir əziyyətlə gətirirlər. Xarici oyunçuların çoxu çempionatımızın səviyyəsini aşağı hesab edir deyə, gəlmək istəmir. Bəziləri transfer qiymətlərini şişirdirlər. Elə olur ki, bütün şəraitimizi, hətta futbolçularımızın kafedə hansı yeməkləri yediklərini də çəkib atırıq ki, görsünlər bizdə yaxşı şərait var. Qısası əziyyət çəkirik, vaxtımız da olduqca azdı. Sırf avrokuboklarda çıxış edəcəyik deyə, tələsik addım atmaq da istəmirik. Amma pessimizmə də qapılmırıq.

 

- Məşhur bir deyim var: bu gün tezdi, sabah isə gec…  
- Məsələ tələsmək, gecikmək deyil. Bizdən asılı olmayan reallıq var. "Transfer bazarı"nın olması heç də həmişə ordan arzuladığın oyunçunu almaq demək deyil. Yuxarıda dediyim kimi hazırda vəziyyət çox çətindi.  

 

- "Sumqayıt" avrokuboklara vəsiqəni təmin edəndən sonra düşünmək olardı ki, rəhbərlik büdcəni artıracaq. Amma görünən odur ki, dəyişiklik yoxdu...
- Elə demızdim. Əksinə ötən il ilə müqayisədə hazırda daha bahalı futbolçuları izləyirik. Məqsədimiz uzun müddətli strategiya əsasında gələcək üçün dayanıqlı və nəticə verən komanda formalaşdırmaqdı. Sırf Konfrans Liqası üçün komanda qurmuruq. Bizi qarşıda qitəmiqyaslı turnir ilə yanaşı, ağır mövsüm də gözləyir. Klub rəhbırliyi də əlindən gələn dəstəyi verir.

 

- Sorqa, Manteka ilə yollarınızı ayırmısız, Ninqa və Dosso da yol üstündədir. Siz elə gəlmir ki, lazımi transferlər etmədən bu futbolçularla erkən vidalaşdız?
- Erkən vidalaşmaq deyəndə ki, futbolçular özləri getmək istədilər. Onları məcbur saxlamaq olmaz. Zorla hansısa oyunçunu komandada oynatmaq olmur. Gedənlərin yerinə onları əvəzləyə biləcək layiqli futbolçu tapmayacağıq deyə, qorxumuz da yoxdu. Sadəcə, boşluğu nə vaxt dolduracağımız sual altındadı. Bunun da səbəblərini yuxarıda vurğuladım. Bir məsələ də var ki, bəzən qiymətini süni şişirdən oyunçular sonda görəndəki onlarla maraqlanan yoxdu, özləri əlaqəyə çıxırlar. Biz belə təcrübə də yaşamışıq.

 

- Real olaraq maraq dairənizdə olan yerli və əcnəbi oyunçular var?
- Yerli oyunçu yoxdu. Çünki, bu gün azərbaycanlı futbolçunu transfer etmək legioner cəlb etməkdən daha çətindi. Hər birinin klublarıyla müqavilələri var. Böyük təzminat qarşılığında onları komandamıza cəlb etmək isə siyasətimizə daxil deyil. Daha çox legioner transferində maraqlıyıq. İzlədiyimiz bir neçə oyunçu var. Amma dediyim kimi iş hələ uzanır. Avropalı futbolçularda Azərbaycan çempionatına maraq yaratmaq çətindi.

 

- "Səbail"dən ayrılan Aleksandr Ramalinqomun "Sumqayıt"a təklif olunduğu, amma sizin bəyənmədiyinizi deyirlər...
- Bu barədə nəsə deyə bilmərəm. Amma mənim forvardlara fərqli baxışım var. Ramalinqomun özünəxas oyun üslubu var ki, bu da mənim oyun üslubuma uyğun deyil. Amma yenə də deyirəm, həmin futbolçu bizə təklif olunmayıb.

 

- Konfrans Liqasında rəhbərlik qarşınıza hansı hədəf qoyub?
- Heç bir hədəf qoymayıb. Bizim avrokuboklara necə vəsiqə qazandığımız göz önündədi. Məqsədimiz və hədəfimiz başqadı. Gələcəkdə Premyer Liqada daim yüksək yerlər uğrunda mübarizə aparan və qitəmiqyaslı yarışlarda yaxşı çıxış edən "Sumqayıt" formalaşdırmaq istəyirik. Təbii ki, avrokuboklara düşmüşüksə layiqli mübarizə aparacağıq. Bizim üçün yaxşı təcrübə olacaq. Amma Konfrans Liqası bizi əsas məqsədimizdən uzaqlaşdırmamalıdı. Bu barədə rəhbərliyə də fikirlərimizi demişik. Qitəmiqyaslı yarış bizim üçün ötən mövsüm çəkdiyimiz əziyətin bonusudu.

 

-Təlim-məşq toplanışı üçün məkan bəliidi? "Sumqayıt" hara üz tutacaq?

- Bu barədə heç bir planlaşdırma aparmamışıq. Sual açıq olaraq qalır. Ola bilər ki, toplanışı Azərbaycanda keçirdik, burda da pis şəraitimiz yoxdu. Ölkə xaricinə yollanmağımız sırf transfer siyasətimizdən asılı olacaq. Bu gün üçün reallıq odur ki, heyətimiz kasaddı. Əlimin altında legionerlər yox dərəcəsindədi. Ona görə ilk olaraq bu boşluğu arada qaldırmalıyıq. Bundan başqa iyunun 18-də Konfrans Liqasının püşkü atılır. Ayın ortalarında isə biz toplaşırıq. Rəqibimizin kimliyindən də çox şey asılı olacaq. İyunun axırında toplanışla bağlı planlarımıza aydınlıq gələcək.


Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:51

Bundesliqa: "Ayntraxt" qələbəni əldən verdi, "Union" və "Sankt-Pauli" heç-heçə etdi

Boks
Bu gün, 21:44

"Böyük İpək Yolu" turnirində Azərbaycan boksçularının uğurlu çıxışı: 19 kişi və iki qadın boksçu yarımfinalda

Futbol
Bu gün, 21:36

Liqa 1: "Loryan" - "Paris" və digər heç-heçələr

Boks
Bu gün, 21:34

"Böyük İpək Yolu" turnirində 19 Azərbaycan boksçusu yarımfinala yüksəlib

Futbol
Bu gün, 21:29

"Qəbələ"nin "Kəpəz" üzərində qələbəsinin videoicmalı

Voleybol
Bu gün, 21:19

18 yaşadək voleybolçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib və Şahin Çatmanın fəaliyyəti yüksək qiymətləndirilib

Futbol
Bu gün, 21:16

Azər Bağırov "Qəbələ"yə məğlubiyyəti şərh etdi: "Nə vaxtsa uduzacağımızı gözləyirdim"

Futbol
Bu gün, 21:09

Yuri Vernidub: Emin Mahmudovsuz idarəetmə çətindir

Futbol
Bu gün, 21:00

Kökçünün komandası "Feyenoord"la qolsuz heç-heçə etdi

Futbol
Bu gün, 20:55

Superliqa: "Antalyaspor"dan "Eyüpspor"a 3 cavabsız qol, "Samsunspor" və "Fatih Karagümrük" də qələbə qazandı

Futbol
Bu gün, 20:47

La Liqa: "Xetafe"dən "Atletik" üzərində qələbə

Futbol
Bu gün, 20:45

İliç: "Neftçi" belə səhvləri bağışlamır"

Voleybol
Bu gün, 20:39

18 yaşadək voleybolçular arasında Azərbaycan birinciliyinin qalibləri məlum olub

Futbol
Bu gün, 20:32

Bundesliqa: "Union" və "Sankt-Pauli" arasında heç-heçə

Futbol
Bu gün, 20:28

Yuri Vernidub "Sumqayıt" - "Neftçi" oyunundan sonra: Komandamın nəyə qadir olduğunu görmək istəyirəm

Futbol
Bu gün, 20:25

Lamin Yamalın oyun zamanı narazılığının səbəbi açıqlanıb: Şəxsi məyusluq

Digər
Bu gün, 20:16

Antalyada keçirilən 8-ci Etnospor Forumunda "Ethnosports 2027" vizyonu müzakirə olundu

Digər
Bu gün, 20:11

"Qarabağ Karate Klubu"nda karateçilər üçün "İdman Psixologiyası və Texnikalar" seminarı keçirilib

Futbol
Bu gün, 20:04

"Neftçi"nin "Sumqayıt" üzərində səfər qələbəsi və Premyer Liqada yüksəlişi

Futbol
Bu gün, 19:58

"Neftçi" "Sumqayıt"ı səfərdə məğlub etdi (3:1)

Futbol
Bu gün, 19:55

"Neftçi" səfərdə "Sumqayıt"ı məğlub etdi

Futbol
Bu gün, 19:54

"Sumqayıt" - "Neftçi": "Neftçi" Vensan Abubakarın qolu ilə qalib gəldi - CANLI

Futbol
Bu gün, 19:52

"Neftçi" "Sumqayıt"ı məğlub edərək xal fərqini artırır

Futbol
Bu gün, 19:43

"Bolonya" "Kremoneze"ni səfərdə məğlub etdi: A Seriyasının 31-ci turunun nəticəsi

Oxşar xəbərlər