top
Samir Abasov: 4 oyuna görə məni günahlandırmayın Sport24.az
19 aprel 2025, 22:33
- +

Samir Abasov: "4 oyuna görə məni günahlandırmayın"

Misli Premyer Liqasının XXXI turunda keçirilən "Qarabağ" – "Neftçi" (3:0) matçından sonra qonaq komandanın baş məşqçisi Samir Abasov mətbuat konfransında iştirak etdi. Sport24.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırdı:

 

– Niyə məğlub olduz? Niyə qol vura bilmədiz?

– Qol vurmaq üçün imkanlarımız oldu. Əfsuslar olsun ki, qapının içindən belə vura bilərdik. Bu, qalib gələ və ya bərabərə qala bilərdik anlamına gəlməsin. Niyə qol buraxdıq əsas sualdır. Həddindən artıq çox rotasiyalara əl atmışdıq. Zədə problemi mən bura gələndən komandadan əl çəkmir. Bir də fərdi oyunçu səhvləri bu mövsüm başımızın bəlası olub.

 

– 4 ildir ki, "Qarabağ"a qalib gələ bilməyən "Neftçi" var…

– Bu, Azərbaycan derbisidir və başadüşüləndir. Fərqi yoxdur, heyətdə zədəlilər var və ya kubok oyunu var. Bu, derbidir və qalib gəlməlisən.

 

– Murad Məmmədovu çoxdandır oynatmırsız. Ümumiyyətlə silmisiz?

– Murad ard-arda oynadığı pis oyunlardan sonra özünə gələ bilmir. Bu, həm məşqlərdə seçilir. Muradı ümumiyyətlə silmək fikrimiz yoxdur. Aleksi Muradla dəyişdik. O, güvəndiyimiz futbolçudur. Bəzi bariyer var ki, özü aşmalıdır.

 

– "Zirə", "Araz-Naxçıvan", "Turan Tovuz" "Qarabağ"ı məğlub edib amma "Neftçi" yox. Bu komanda avrokuboklara getməyə layiqdir?

– Buradakı məntiqi anlamıram. 4 oyunu mənim üzərimə yıxmayın. 3-də mən olmuşam. "Neftçi Arena"dakı oyunumuz çox yaxşı alınmışdı. Bəli, səhvlərimiz çoxdur. Amma bu, avrokuboklara getməyə layiq deyilik anlamına gəlmir. "Qarabağ" yaxşı klubdur. Əgər elədirsə, onda "Kəpəz" niyə avrokuboklara getməsin? Hər il yenilənən "Neftçi" var. İnşallah ki, bu tendensiyaya son verərik.

 

– Rafael Quzzonun zədəsi ciddidir?

– Başqa zədə idi. Ciddiyə oxşamır. Dizində toqquşma oldu.

 

 "Sabah"la cavab matçına Edvin Kuç yetişə biləcək?

– İnanırıq. Həkimlərlə danışıqlarımız olur. Yeni zədədən çıxmış futbolçularımız var. Emin, Darbo, Sek və s. Onları müntəzəm vaxt oynatmaq lazımdır ki, özlərini bərpa etsinlər. Sadəcə bu problemlər aradan qalxmır. Səbəblər özümüzə müəyyən deyil. Üç mərkəz müdafiəçimiz olmasına baxmayaraq biri ilə 3 oyun ard-arda oynamışıq. İnşallah ki, kubok oyununa nəfslər bizdən çəkilər.

 

– Sambonu oyuna buraxmamağınızın səbəbi nədir?

– Darbo 2 aya yaxın idi ki, zədəli idi. Darbonu oyunu hiss etməsi məqsədiylə meydana buraxdıq. Onu da hansısa dəqiqədə Sambu ilə əvəzləməyi nəzərdə tuturduq. Sadəcə Rəhmanla Quzzonu 90 dəqiqə meydanda saxlamaq istəyirdik. Onlar da əvəzlənmək istədikləri üçün planlarımız pozuldu.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər