top
“Şamaxı”nın rumıniyalı yarımmüdafiəçisi: “Daha yuxarı pillələri hədəfləmişdik” - MÜSAHİBƏ Idman.biz
29 aprel 2026, 11:44
- ↺ +

“Şamaxı”nın rumıniyalı yarımmüdafiəçisi: “Daha yuxarı pillələri hədəfləmişdik” - MÜSAHİBƏ

"Qarşıda hələ dörd oyun var və mən mövsümü mümkün qədər güclü şəkildə başa vurmağa fokuslanmışam".

Bunu "Şamaxı"nın rumıniyalı yarımmüdafiəçisi Andrey Tirkoveanu futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– 29 tura 35 xal toplamısınız və hazırda səkkizinci yerdəsiniz. Bu nəticəni "Şamaxı" adına uğurlu saya bilərik? Yoxsa düşünürsünüz ki, potensialınız daha yuxarı pillələrdə olmağa imkan verir?

– Doğrudur ki, məqsədimizə çatdıq, amma paltardəyişmə otağında hazırda turnir cədvəlində tutduğumuz mövqedən daha yüksək nəticəni hədəfləmişdik. Buna nail olmaq üçün hələ vaxtımız var və son tura qədər mübarizəni davam etdirəcəyik.

– Növbəti turda "Sabah"ı qəbul edəcəksiniz. Hazırda turnir cədvəlinə liderlik edən komandaya qarşı bu mövsüm keçirdiyiniz iki oyundan birində qolsuz heç-heçə etmisiniz, digərində isə 1:2 hesabı ilə uduzmusunuz. Budəfəki matçda daha yaxşı nəticəyə ümid edirsizmi?

– "Sabah" çox güclü komandadır. Onlar möhtəşəm mövsüm keçirirlər və Şamaxıya da qələbə qazanmaq üçün gələcəklər. Bu oyun onlar üçün çempionluğu riyazi baxımdan təmin edə biləcək qarşılaşma ola bilər. Amma biz də güclü komanda olduğumuzu göstərməyə çalışacağıq. Bu, bizim üçün bir çağırışdır və əlimizdən gələni edəcəyik.

– Mövsümün qalan oyunlarından gözləntiniz nədir?

– Dediyim kimi, turnir cədvəlində daha yuxarı qalxmağa çalışacağıq. Qarşıda bizi çətin oyunlar gözləyir. Amma bu cür matçlarda da göstərmişik ki, bizi məğlub etmək asan deyil. Təəssüf ki, cari mövsümdə bizdən aşağı pillədə olan komandalarla görüşlərdə bəzi xallar itirdik.

– "Şamaxı" ilə müqaviləniz mövsümün sonunda bitir. Baş məşqçi Ayxan Abbasovun gedişi komandada qalıb-qalmamaq məsələnizə təsir edəcəkmi? Ümumiyyətlə, klub sizə yeni sözləşmə təklif edib?

– Qarşıda hələ dörd oyun var və mən mövsümü mümkün qədər güclü şəkildə başa vurmağa fokuslanmışam. Baş məşqçinin gedişinə gəlincə, Ayxan Abbasov onu nə qədər yüksək qiymətləndirdiyimi çox yaxşı bilir. Şübhəsiz ki, gedişi klub üçün böyük itkidir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Oxşar xəbərlər