Bu gün keçiriləcək iki oyunla Misli Premyer liqasında IV tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşmasında iki bölgə klubu üz-üzə gələcək.
"Şamaxı" "doğma divarlar" arasında "Karvan-Yevlax"ı qonaq edir. Aktivində 2 xal olan "şirlər" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıbsa, elitanın debütantı 4 xalla 7-ci yerdədir.
Qeyd edək ki, oyunun start fiti saat 16:30-da səslənəcək.
Misli Premyer liqası
I dövrə, IV tur
16:30. "Şamaxı" - "Karvan-Yevlax" 2:0 (Birinci hissə)
Qol: Alfons Msanqa, 38, Andrey Tirkoveanu, 45
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Akif Əmirəli, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Şamaxı. Şəhər stadionu.
"Şamaxı": 1. Rikardo Fernandes 17. Rafael Məhərrəmli (k) 5. Arsen Ağcabəyov 82. Rüfət Abbasov 9. Karim Rossi 10. Andrey Tirkoveanu 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 27. Emil Süleymanov 97. Oruc Məmmədov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 24. Sənan Muradlı 3. Vladislav Veremeyev 6. Antonio Lara 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov
"Karvan-Yevlax": 1. Kamran İbrahimov 32. Elvin Yunuszadə (k) 6. Vadim Abdullayev 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 2. Şakil Sno 19. Tompson Qavi 3. Said İranxan 8. Peter Kinqs 10. Samuel Durrant 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 18. Süleyman Əhmədov 77. Əli Abdullayev 5. Nika Çaçaşvili 12. Vitor Roşa 37. Mois Nqvisani 21. İmani Barker
Baş məşqçi: Azər Həşimov