top
Şamaxı hücumçusu Karim Rossi Azərbaycan çempionatının inkişafı və karyerası haqqında danışdı Idman.biz
06 aprel 2026, 16:53
- ↺ +

"Şamaxı" hücumçusu Karim Rossi Azərbaycan çempionatının inkişafı və karyerası haqqında danışdı

"İngiltərə çempionatı daha intensivdir və tempi bundan sürətlidir. Buna görə də dünyanın ən yaxşı liqası hesab olunur".

Bunu "Şamaxı"nın isveçrəli hücumçusu Karim Rossi qol.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Artıq 9 aydır "Şamaxı"dasınız. Azərbaycan çempionatı haqda nə fikirdəsiniz? Belə bir yarış gözləydiriniz, yoxsa fərqli mənzərə?

- Düşünürəm ki, liqa çox rəqabətlidir. Hazırda "Sabah" və "Qarabağ"ın çempionluq uğrunda mübarizə apardığını görürük. "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı çıxışı çox yaxşı oldu. Bu da liqa üçün müsbətdir. Azərbaycan Premyer Liqası elə bir çempionatdır ki, burada hətta kiçik komandalar da böyük komandaları təəccübləndirə bilir. Burada oynamaqdan zövq alıram.

- İndiyə qədər bir çox Avropa klublarında oynamısınız. Onların arasında İngiltərənin "Stok Siti" və "Hall Siti" klubları da var. Azərbaycan çempionatı əvvəl çıxış etdiyiniz yarışlardan nə ilə fərqlənir? Avropa ilə müqayisədə nələr çatmır?

- İngiltərə çempionatı daha intensivdir və tempi bundan sürətlidir. Buna görə də dünyanın ən yaxşı liqası hesab olunur. Amma Azərbaycan çempionatı da hər il inkişaf edir və ümid edirəm ki, gələcəkdə daha çox komanda Avropa turnirlərində çıxış edəcək. Fikrimcə, Azərbaycan liqası ilə digər liqalar arasındakı fərq əsasən böyük və kiçik komandalar arasındadır. Büdcə və stadion baxımından fərq var. Həmçinin, Premyer Liqada daha çox komandanın olması da inkişafa aparar.

- Misli Premyer Liqasında keçirdiyiniz 25 turu həm komandanız, həm də özünüz üçün necə dəyərləndirirsiniz?

- Məncə, razı qala bilərik. Bəllidir ki, "Şamaxı" ən kiçik büdcələrdən birinə malikdir. Bu isə o deməkdir ki, yaxşı oyunçularımızla yanaşı, çox yaxşı baş məşqçimiz də var. Buna görə bir çox komandaları təəccübləndirmişik. Ümid edirəm ki, son 8 oyunda 1-2 pillə də irəliləyə bilərik. Bu, uğurlu mövsüm olardı.

- Premyer Liqada 9 qol vurmusunuz. Bombardirlik yarışında iddialısınız?

- "Sabah"ın futbolçusu Coy-Lens Mikels xeyli öndədir (15 qol) və komandası hazırda yaxşı formadadır. Onlar çoxlu qol imkanları yaradır və hücum futbolu oynayırlar. "Şamaxı"da oynadığımı nəzərə alsaq, qol vurmaq o qədər də asan deyil, amma son 8 oyunda ən yaxşısını etmək istəyirəm. Görək nə olur. Ümid edirəm ki, mayın sonunda ilk 3-lükdə qala bilərəm.

- "Şamaxı"dakı çıxışınızı karyeranızın parlaq dövrü adlandırmaq olar?

- Bəli, bunu karyeramın ən yaxşı dövrü hesab edirəm. Çünki yaxşı liqadır, pis çıxış etmirəm və bu mövsüm 12 qol vurmuşam (3-ü kubokda -QOL.az). Bu, karyeramda ən yüksək göstəricidir. Ümid edirəm ki, bu rekordu daha da möhkəmləndirərəm. Mənə bu fürsəti verdiyi və hər zaman mənə və keyfiyyətlərimə inandığı üçün baş məşqçimiz Ayxan Abbasova təşəkkür edirəm. Uğurlu çıxışımın səbəbi də budur.

- İsveçrə millisinin məşqçiləri sizinlə maraqlanır? Milliyə dəvət almaq şansınız varmı? Bu barədə məlumatlar yayılmışdı.

- İsveçrə mediası mənim adımı hallandırır, çünki Avropada oynayan isveçrəli hücumçular arasında ən çox qol vuranlardan biriyəm və bunu kiçik komandada edirəm. Onlar mənim və digər oyunçuların çıxışını izləyirlər. Milliyə çağırılıb-çağırılmayacağımı bilmirəm, amma dəvət alsam, çox qürur duyaram.

- Maraqlıdır ki, "Şamaxı"ya gələnə qədər 14 klub dəyişmisiniz və bu, təxminən 10-11 il ərzində olub. Bir klubda 1 mövsümdən artıq qalmamağınız nə ilə bağlıdır?

- Hücumçunun həyatı digər mövqelərdən fərqlidir. Biz qollarla dəyərləndirilirik və komanda yoldaşlarımızın ötürmələrindən asılıyıq. Hücumçuların karyerası yarımmüdafiəçilər və ya müdafiəçilərlə müqayisədə daha az stabil olur. Bu, mənim yolumdur və məni bu gün olduğum insan edən də budur.

- Fasilədən sonra ilk oyununuz sabah "Zirə"yə qarşı olacaq. Bu görüşdən nə gözləyirsiniz?

- "Zirə"nin çox yaxşı baş məşqçisi və keyfiyyətli oyunçuları var. Son illərdə sabit çıxış edirlər. Bizim üçün çətin oyun olacaq. Ən yaxşı oyunumuzu göstərməli və taktiki cəhətdən düzgün oynamalıyıq.

- Mövsümün sonunda "Şamaxı" ilə müqaviləniz başa çatır. Bir çox klublardan təklif aldığınız, hətta komandadan gedəcəyinizlə bağlı xəbərlər yayılıb.

- Hələ gələcəyimlə bağlı və növbəti mövsümdə harada oynayacağım barədə dəqiq məlumatım yoxdur. Müqaviləm mayın 31-də başa çatır. Bəli, bəzi təkliflər var. Bu, futboldur, amma hələ tezdir. Mən yalnız mövsümü güclü şəkildə başa vurmağa köklənmişəm və bütün variantları sonra analiz edəcəyəm. Azərbaycanda özümü yaxşı hiss edirəm və düşünürəm ki, bu liqa mənə uyğundur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:40

FIFA prezidenti İnfantino ev işçisi üçün ABŞ iş icazəsi üçün əlaqələrdən istifadə etdi

Gimnastika
Bu gün, 16:25

Lənkəranda bədii gimnastika üzrə Açıq region birinciliyi noyabrın 14-də keçiriləcək

Qarabağ FK
Bu gün, 16:20

Aftəndil Hacıyev: İldə yalnız 2-3 beynəlxalq matçla gənc futbolçuların inkişafı çətindir

Futbol
Bu gün, 16:20

Rayan Ait-Nuri qış transfer pəncərəsində Mançester Sitini tərk etmək niyyətindədir

Boks
Bu gün, 16:14

Qız boksçularına valideyn və qardaş kimi yanaşmalıyıq

Futbol
Bu gün, 16:02

Barselona futbolçusu Jül Kunde, Atletiko qarşılaşmasını da buraxacaq;

Qarabağ FK
Bu gün, 16:00

“Sabah”sız rəmzi komanda: “Qarabağ” və “Neftçi”də yalnız bir oyunçu

Futbol
Bu gün, 15:59

“Flamenqo” Alissona Braziliyada qayıdışı üçün maraq

Gimnastika
Bu gün, 15:40

Xüsusi Olimpiya çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı

Futbol
Bu gün, 15:37

Kódzo Taşima, FİFA prezidentliyinə namizədliyini irəli sürdü

Futbol
Bu gün, 15:30

Barcelona Bakıdakı “Sabah” ilə matça ciddi itkilərlə çıxa bilər

Qarabağ FK
Bu gün, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam;

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Oxşar xəbərlər