Misli Premyer Liqasında çıxış edən "Şamaxı" futbol komandası daha bir futbolçusu ilə vidalaşıb.
İdman.Biz xəbər verir ki, klub Rodriqo Fernandeslə müqavilə müddətinin başa çatdığını elan edib.
Rodriqo Fransisko Fernandes bu ilin martında komandaya qoşulmuşdu.
Xatırladaq ki, bu gün "Şamaxı" Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev və Səlim Həşimovla da yollarını ayırıb.
16:41
Misli Premyer Liqasında çıxış edən "Şamaxı" futbol komandası beş futbolçusu ilə vidalaşıb.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Açıqlamada Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev və Səlim Həşimovla icarə müqavilələrinin müddətinin başa çatdığı bildirilib.
Bu səbəbdən adları çəkilən futbolçular "Şamaxı"dan ayrılaraq məxsus olduqları klublara qayıdıblar.