Əvəzedicilər Liqasında X turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub. "Şamaxı-2" doğma meydanda "Neftçi-2"ni qəbul edib.
Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Şamaxı təmsilçisi turnir cədvəlində 8 xalla 9-cu, "Neftçi-2" isə 19 xalla 2-ci pillədə qərarlaşıb.
Əvəzedicilər Liqası
X tur
"Şamaxı-2" - "Neftçi-2" 3:2
Qollar: D.Mənsumov, 64, A.Şuaybu, 82, B.İsmayılov,90+5, - V.Kərimov, 33, H.Mahmudov, 90+3