"Şahdağ Qusar" qış "transfer pəncərəsi" dönəmində Ədilxan Qarəhmədovu heyıtinə cəlb edib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qusarlılar futbolçunu "Şəfa"dan icarəyə götürüb. 25 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər "Şahdağ Qusar"ın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Qarəhmədov 2024/2025 mövsümündə "Şahdağ Qusar"ın heyətində Azərbaycan II Liqasının qalibi olub.