top
“Sabah”ın rəqibi Norveç klubunun baş məşqçisi papağını üzünə çəkdi - VİDEO Idman.biz
Bu gün, 17:32
- ↺ +

“Sabah”ın rəqibi Norveç klubunun baş məşqçisi papağını üzünə çəkdi - VİDEO

UEFA Çempionlar Liqasında noyabrın 4-də "Sabah"la qarşılaşacaq Norveçin "Vikinq" klubu qalmaqalla gündəmə gəlib. Norveç çempionatının oyununda komandanın baş məşqçisi Morten Yensen "Bude-Qlimt"in çalışdırıcısı Kyetil Knutsenlə mübahisə edib. Knutsen həmkarının başından papağını çıxararaq üzünə çəkib.

İdman.Biz Norveç mediasına istinadən xəbər verir ki, hadisə Eliteseriyanın 25-ci turunun matçında birinci hissəyə əlavə olunmuş vaxtda baş verib. Buna "Vikinq"in yarımmüdafiəçisi Kristoffer Askildsenin Yens-Petter Hauqeyə qarşı kobud oyunu səbəb olub. Knutsen qayda pozuntusuna emosional reaksiya verib və məşqçilər arasında mübahisə yaranıb. Gərginlik əlbəyaxa davaya çevrilib. Baş hakim Espen Eskas hər iki mütəxəssisə qırmızı vərəqə göstərib.

Fitdən sonra da tərəflər arasında gərginlik davam edib. Məşqçilər TV2 Sport telekanalına birgə müsahibə zamanı mübahisəni davam etdiriblər. Yensen həmkarını fiziki güc tətbiq etməkdə ittiham edərək ondan üzr istəməsini tələb edib. Knutsen hərəkətinin düzgün olmadığını etiraf etsə də, papağa təsadüfən toxunduğunu bildirib. "Vikinq"in baş məşqçisi isə özünün meydandan qovulması ilə razılaşmadığını və hakim qərarından şikayət edəcəyini deyib.

View this post on Instagram

A post shared by İdman.Biz (@idmanbiz)

Görüş "Vikinq"in 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Beş qolun hamısı ilk hissədə vurulub. Məğlubiyyətə baxmayaraq, Stavanger təmsilçisi Norveç çempionatında liderliyini qoruyub. 25 oyundan sonra "Vikinq" və "Bude-Qlimt"in hərəsinin 59 xalı var.

Maraqlıdır ki, norveçlilərin qarşıdakı rəqibi "Sabah" da son oyununda eyni hesabla uduzub. Bakı klubu oktyabrın 30-da Misli Premyer Liqasının 10-cu turunun açılış matçında səfərdə "Turan Tovuz"a 2:3 hesabı ilə məğlub olub.

Xatırladaq ki, "Vikinq"lə "Sabah" noyabrın 4-də Stavanger şəhərində Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində qarşılaşacaqlar. Üç oyundan sonra üç xal toplayan Azərbaycan klubu 36 komanda arasında 25-ci yerdədir. Bir xalı olan Norveç təmsilçisi isə 33-cü pillədə qərarlaşıb.

Beləliklə, hər iki komanda ölkə çempionatındakı məğlubiyyətdən sonra üz-üzə gələcək. Bununla yanaşı, "Vikinq"in baş məşqçisi ətrafında yaranan qalmaqal da qarşılaşma ərəfəsində diqqət mərkəzindədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:50

Gəncə voleybolçuları “Kəpəz” futbol komandası üçün stadiondan dəstək verəcəklər

Futbol
Bu gün, 18:45

“Şəki” klubunun yeni baş məşqçisi Firuddin Mövsümov oldu

Futbol
Bu gün, 18:34

Mançester Yunayted 0:2 ilə Çelsi'ye məğlub oldu – Karrik 16-cı pillədə qaldı

Futbol
Bu gün, 18:23

Mourinyo Qızıl Top Qalibini Təriflədi, Mbappeni Futbol Tarixinə Ən Yaxşı Adlandırdı

Digər
Bu gün, 18:05

Karate dünyə çempionu Selcan Babayevanın Avropa çempionluğu və beynəlxalq arenadakı hədəfləri

Futbol
Bu gün, 17:50

Yuri Maksimov: 'İki xal itirməyin əvəzinə yuxarı pillələrdə daha yaxşı oynayardıq'

Basketbol
Bu gün, 17:45

LANDAU Lionsun baş məşqçisi Erhan Toker məğlubiyyət və hakim qərarlarını tənqid etdi

Futbol
Bu gün, 17:42

Rəşad Sadıqov "Zirə"nin "Araz-Naxçıvan"la 2:2-liyinə dair: "Futbolçularım böyük xarakter göstərdi və sona qədər mübarizə apardılar"

Cüdo
Bu gün, 17:40

Olimpiya çempionu Zelim Kotsoyev adaptiv cüdo məşqində iştirak etdi

Futbol
Bu gün, 17:10

Legioner olmayan heyətimiz nəticəmizə təsir etdi – Sabir Allahquliyev

Futbol
Bu gün, 16:59

İnтер Santiaqo Beltranı heyətinə qatmağı planlayır

Futbol
Bu gün, 16:52

“Turan Tovuz” Xorxe Silvanın müqaviləsi bir il uzadılacaq

Futbol
Bu gün, 16:32

Bask derbisi və El Klasikodan sonra yaralanmalar: La Liqada gərgin tur

Futbol
Bu gün, 16:29

Dadaşov qol vurdu, Dinamo Berlin 2-0 qalib gəldi

Qarabağ FK
Bu gün, 16:12

“Qəbələ – “Qarabağ” oyununda üç futbolçu zədə səbəbindən sahəyə çıxmayacaq”

Futbol
Bu gün, 16:04

David De Xea, Fiorentina ilə yollarını ayırmağa hazırdır

Futbol
Bu gün, 16:00

U-15 Dünya Kuboku: Azərbaycan yığmasının 84-cü yeri və AFFA-nın jurnalist akkreditasiyası ilə bağlı ləngimi suallar

Futbol
Bu gün, 16:00

Fransişku Konseysau UEFA tərəfindən 3 oyunluq cəzaya məhkum edildi

Futbol
Bu gün, 15:52

İtaliya A Seriyasının X turu: Milan derbisi 'San-Siro'da, 'Yuventus' və 'Napoli' Turində qarşılaşacaq

Cüdo
Bu gün, 15:31

Sumqayıtda Abşeron-Xızı cüdo çempionatı keçdi

Futbol
Bu gün, 15:30

Cim Retkliff 2029-cu ilin ikinci yarısında Manchester United‑in əsas sahibi ola bilər

Futbol
Bu gün, 15:18

FIFA U-15 Dünya Çempionatı: Bakıda 114 min porsiya yemək və 27 ton çamaşır

Futbol
Bu gün, 15:15

Araz-Naxçıvanın futbolçusu Rövşan Muradov "Zirə" ilə matçda zədələndi

Oxşar xəbərlər