top
Sabahın prezidenti: Güclü 'Qarabağ' bizi daha sürətli inkişafa təşviq etdi Idman.biz
06 may 2026, 14:12
- +

"Sabah"ın prezidenti: "Güclü 'Qarabağ' bizi daha sürətli inkişafa təşviq etdi"

"Misli Premyer Liqasında "Qarabağ" güclü çıxış etməsəydi, "Sabah" asanlıqla çempion ola bilərdi, lakin böyük inkişaf baş verməzdi".

Bunu "Sabah"ın prezidenti Maqsud Adıgözəlov deyib.

Klub prezidenti komandasının Azərbaycan Premyer Liqası tarixindəki ilk çempionluğundan danışıb.

"Biz çempion olacağımızı hər il gözləyirdik. Şükürlər olsun ki, bu ilə qismət oldu. Hansı sahədəyiksə, daim zirvədə olmaq istəmişik. Sadəcə, uğur qazanmağın vaxtı var. Birdən-birə zirvəyə qalxmaq mümkün deyil. Premyer Liqada iştirak etdiyimiz 8 ildə addım-addım zirvəyə yaxınlaşırdıq. Düşünürəm ki, qarşımızda bu cür güclü "Qarabağ" olmasaydı, klub olaraq gec inkişaf edərdik. Əsas rəqibimiz hər zaman fantastik nəticələrə imza atan "Qarabağ" olub. Çalışırdıq ki, onları arxada qoyaq və nəhayət, bu il alındı. Çempionatda güclü "Qarabağ" olmasaydı, bəlkə çempionluğu asanlıqla qazanardıq, amma bu qədər inkişaf olmazdı", - deyə o, report.az-a açıqlamasında söyləyib.

O, cari mövsüm avrokuboklarda uğurla çıxış etmək istədiklərini bildirib:

"Özümüz üçün ən yaxşı olanını istəyirik. Əlbəttə, istəyərik ki, Çempionlar Liqasının əsas mərhələsinə düşək. Amma burada amillər çoxdur. Baxmalıyıq ki, rəqiblərimiz kim olacaq. Uğur qazanan komandadan gözləntilər çox olur. Çalışacağıq ki, azarkeşlərimizin gözləntilərini qarşılayaq".

M.Adıgözəlov Azərbaycan Kubokunun "Zirə" ilə final oyunu barədə də fikirlərini bölüşüb:

"Bu mövsüm qızıl dubl edib-etməyəcəyimizi heç kim bilmir. Təbii ki, bunu bacarmağı çox istəyirik. Əlimizdən gələni edəcəyik, vuruşacağıq. "Zirə" də çox yaxşı komandadır. Əminəm ki, meydanda maraqlı futbola şahidlik edəcəyik".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:27

"Turan Tovuz" yeni sponsoru ilə 2 milyon dollar gəlir əldə edəcək

Futbol
Bu gün, 20:18

Şamaxı Qəbələni yoxlama matçında məğlub edib

Futbol
Bu gün, 19:47

Xabi Alonso Mudrikin gələcəyindən danışdı

Voleybol
Bu gün, 19:17

Rusiya kişi voleybol komandası 2027-ci il dünya çempionatında iştirakdan imtina edib

Formula 1
Bu gün, 19:01

2026-cı il mövsümünün ilk yarisinin ən yaxşı Formula-1 pilotları

Minifutbol
Bu gün, 18:31

Bavariya Çedju Yunaytedi məğlub edib

Futbol
Bu gün, 18:31

Bavariya Çedju Yunaytedi məğlub edib

Futbol
Bu gün, 18:15

Lionel Messi yanğından zərər çəkən madrid ərazisinə 80 min avro ianə edib

Voleybol
Bu gün, 18:00

Xuraman Alimova “Murov Az Terminal”də

Voleybol
Bu gün, 18:00

Xuraman Alimova "Murov Az Terminal"də

Futbol
Bu gün, 17:40

ABŞ millisində Poçettino ilə yola davam

Qarabağ FK
Bu gün, 17:20

"Qarabağ" FK məşqçiləri üçün yeni təlim proqramı startedilib

Digər
Bu gün, 17:05

Azərbaycan atıcısı Avropa çempionatında finala yüksəlib

Futbol
Bu gün, 16:55

Kəpəz Viktor Stinanı heyətinə qatıb

Futbol
Bu gün, 16:40

Azərbaycan Birinci Liqasının 2026-2027-ci illər mövsümü üçün püşkatma mərasimi keçirilib

Güləş
Bu gün, 16:33

Farer adaları U-18 həndbolçuları Polşanı dramatik şəkildə məğlub edib

Futbol
Bu gün, 16:20

Norveç millisinin əsas qapıçısı „RB Leypsiq“ə keçdi

Futbol
Bu gün, 16:00

Elvin Yunuszadə “Boluspor”da

Futbol
Bu gün, 15:48

Yasmin Mrabet penalti zərbəsindən iki dəfə məyus olub

Futbol
Bu gün, 15:37

FIFA prezidenti İnfantino-Tramp əlaqəsi barədə təkzib edib

Futbol
Bu gün, 15:12

„İmişli“ „Zirə“nin müdafiəçisini icarəyə götürüb

Futbol
Bu gün, 15:03

"Barselona" Alvarez transferinə inanclarını itirdi

Futbol
Bu gün, 15:00

„Kəpəz“ Nigeriyadan futbolçu baxışdan keçirir

Basketbol
Bu gün, 14:35

Əlibəy Məmmədli “Gəncə”yə qayıdıb

Oxşar xəbərlər