top
“Sabah”ın köməkçi məşqçisi Zuddas: Çempionlar Liqası uğurumuz kollektiv iş və Avropada Azərbaycan futbolunun gücüdür Idman.biz
02 sentyabr 2026, 10:56
- ↺ +

“Sabah”ın köməkçi məşqçisi Zuddas: Çempionlar Liqası uğurumuz kollektiv iş və Avropada Azərbaycan futbolunun gücüdür

Türkiyənin "Milliyet" nəşri UEFA Çempionlar Liqasının liqa mərhələsinə yüksələn "Sabah"ın uğuruna geniş yer ayırıb.

İdman.Biz xəbər verir ki, nəşr Azərbaycan klubunun köməkçi məşqçisi Valerio Zuddasla müsahibə dərc edib. İtaliyalı mütəxəssis "Sabah"ın tarixi uğurunun səbəblərindən, Çempionlar Liqasındakı rəqiblərindən, Azərbaycan və Türkiyə futbolu arasındakı əlaqələrdən danışıb.

Zuddas "Sabah"ın cəmi doqquz illik tarixindən sonra Çempionlar Liqasının dörd təsnifat mərhələsini keçərək ilk dəfə turnirin liqa mərhələsinə yüksəlməsini kollektiv əməyin nəticəsi adlandırıb:

"Bunun kollektiv uğurun, komanda olmağın möhtəşəm nümunəsi olduğunu düşünürəm. Futbolçular, məşqçilər korpusu və klub rəhbərliyi eyni futbol fəlsəfəsi ətrafında birləşib. Oyun kimliyi formalaşdırmaq və eyni zamanda nəticə qazanmaq çətin məsələdir. Biz bunun öhdəsindən gəldik. Çempionlar Liqasında yerimizi təmin etmək üçün hamımız çox çalışdıq və nəhayət, özümüzü yüksək səviyyəli rəqiblərə qarşı sınamaq imkanımız olacaq".

"Bütün ölkənin komandaları dəstəkləməsi qürurvericidir"

Zuddas "Qarabağ"dan sonra Çempionlar Liqasının əsas mərhələsində oynayacaq ikinci Azərbaycan klubunun üzvü olmağın qürurverici olduğunu bildirib:

"Avropada stadionun tam dolması və azarkeşlərin komandamızı dəstəkləməsi bizim üçün böyük qürurdur. Azərbaycan komandaları Avropada oynayanda digər klubların azarkeşləri də daxil olmaqla bütün ölkə onları dəstəkləyir. Ölkənin bütün futbol hərəkatı adından bu səviyyədə olmaq böyük uğurdur. Bu, liqanın və federasiyanın inkişafını davam etdirməsinə imkan yaradır.

Azərbaycan futbolu üçün növbəti addım Avropa kuboklarında komandaların olmasının adiləşməsi və bunun artıq tarixi uğur kimi qəbul edilməməsidir".

"Bütün rəqiblərimiz bizdən təcrübəlidir"

"Sabah"ın köməkçi məşqçisi Çempionlar Liqasındakı rəqiblərin səviyyəsinə də toxunub. O, komandanın 4-cü səbətdə yer almasının püşkatmada daha güclü rəqiblərlə qarşılaşma ehtimalını artırdığını qeyd edib:

"Dördüncü səbətdən gəldiyimiz üçün, əlbəttə, bütün rəqiblərimiz bizdən təcrübəlidirlər. Amma bu mərhələyə gəldiyiniz zaman bu, normaldır. Bu, bizim üçün Avropa futbolunun bu səviyyəsində ilk təcrübə olacaq. Eyni zamanda, bütün Çempionlar Liqasında heyətinin ümumi dəyəri ən aşağı olan komandayıq.

Digər komandalardakı bəzi futbolçuların bazar dəyəri bizim bütün heyətimizin dəyərindən daha çoxdur. Amma bu vəziyyət qarşıdakı çağırışı bizim üçün daha maraqlı edir. Bütün bu oyunların zövqünü çıxaracaq və bacardığımızın ən yaxşısını meydanda göstərməyə çalışacağıq. Kim bilir, bəlkə də sürprizlərə imza atarıq".

"Türkiyə və Azərbaycan futbol baxımından da güclü bağlara malikdir"

Zuddas "Sabah"ın uğurunun Türkiyədəki futbolsevərləri sevindirməsindən də danışıb. O, iki ölkə arasında futbol əlaqələrinin güclü olduğunu vurğulayıb:

"Azərbaycan və Türkiyə mədəni baxımdan olduğu kimi, futbol baxımından da bir-birinə çox güclü bağlarla bağlıdır. Burada, Azərbaycanda Türkiyə Super Liqasını çox yaxından izləyirik və bir çox insan türk komandalarını da dəstəkləyir. Türkiyəli futbolsevərlərdən dəstək görmək bizi çox sevindirir. Bu vəziyyət iki ölkə arasındakı bağı, şübhəsiz ki, daha da gücləndirir".

"İstanbulda hər şey mümkündür"

Mütəxəssis bu mövsüm "Qalatasaray" və "Fənərbağça"nın da Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparmasına münasibət bildirib:

"Türkiyənin Avropanın bir nömrəli turnirinə yenidən iki klubla qatılması həqiqətən çox vacib idi. Həm "Qalatasaray", həm də "Fənərbağça" güclü heyət qurduqları üçün Çempionlar Liqasında yaxşı çıxış etmək potensialına malikdirlər. Ən əsası isə doğma meydanda azarkeşlərin yaratdığı atmosfer və ehtirasdır. İstanbulda rəqibin kimliyindən asılı olmayaraq hər şey mümkündür".

Qeyd edək ki, "Sabah" Çempionlar Liqasının liqa mərhələsində "Mançester Yunayted", "Slaviya Praqa", "Borussiya Dortmund", "Vikinq", "Barselona", "Vilyarreal", "Napoli" və "Arsenal"la qarşılaşacaq. Azərbaycan klubu ilk ev oyununu sentyabrın 10-da səfərdə "Mançester Yunayted"ə qarşı keçirəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Bu gün, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Bu gün, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Bu gün, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Bu gün, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Bu gün, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Bu gün, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Bu gün, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Bu gün, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Bu gün, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Digər
Bu gün, 20:50

Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu

Digər
Bu gün, 20:41

Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

Digər
Bu gün, 20:32

“Bavariya”nın baş məşqçisinin qayıdışı təxirə düşür

Digər
Bu gün, 20:27

“Fənərbağça”da baş məşqçi postuna namizədlər bilindi

Digər
Bu gün, 20:27

"Liverpul"un istədiyi müdafiəçiyə 120 milyon avro qiymət qoydular

Futbol
Bu gün, 20:19

Real Madrid İspaniya dəmir yolu qəzasının qurbanlarını yad etdi

Basketbol
Bu gün, 20:05

"Neftçi" basketbol komandası baş məşqçisi: "Qələbə üçün 100% hazır olmaq lazımdır"

Güləş
Bu gün, 19:58

Sumqayıtda gənclər üçün Abşeron‑Xızı regional cüdo turniri başlayacaq

Digər
Bu gün, 19:28

İki qızıl və bir gümüş medal qazanan güləşçilərimiz Bakıda təntənəli qarşılanıblar - FOTO/VİDEO

Futbol
Bu gün, 18:59

Neftçi Şamaxı ilə görüşə 1 itki ilə çıxır

Futbol
Bu gün, 18:54

Roma müdafiəçisinin Mussolini soyadlı futbolçusu Serie A-də ilk qolunu vurdu

Digər
Bu gün, 18:51

Özbəkistan idmanının yüksəlişinin sirri - Dünya çempionatı, Olimpiya qızılları və şahmat tacı

Güləş
Bu gün, 18:50

Sumqayıt güləşçiləri U-15 yaş qrupunda Gəncə Kubokunu qazandı

Futbol
Bu gün, 18:41

“Mançester Yunayted”in Karrikin vəzifədə qalmasının əsas səbəbləri ortaya çıxdı

Oxşar xəbərlər