Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Zirə" heyətinə yeni futbolçu cəlb etmək istəyir. Sport24.az-ın əldə etdiyi məlumata görə, "Sabah"dan ayrılacağı gözlənilən Davit Volkov karyerasını "qartallar"da davam etdirə bilər.
Gürcü futbolçu qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov üçün heç də yad sima sayılmır. Mərkəz hücumçusu 2020-ci ilin yanvarından 2022-nin iyuluna qədər "Zirə"nin formasını geyinib.
Qeyd edək ki, Volkov başa çatan mövsümdə "Sabah"ın heyətində ümumilikdə 33 oyuna çıxıb və 7 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.