"Sabah"ın yarımmüdafiəçisi Zinəddin Uld Xaled əməliyyat olunub.
İdman.biz xəbər verir ki, fransalı futbolçu ayağından əməliyyat olunub.
Bakıdakı klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb. Həkimlərin ilkin rəyinə görə, Xaled təxminən 6 həftə sonra məşqlərə qayıda biləcək.