Misli Premyer Liqasının V turunun ikinci oyun gününə Masazırda yekun vrulacaq. Sport24.az xəbər verir ki, "Sabah" "doğma divarlar" arasında "Turan Tovuz"u qəbul edir.
Hər iki komanda avrokubolara iddialıdır. Bu üzdən matçın gərgin idman mübarizəsində keçəcəyi gözlənilir. "Bayquşlar" mövsümə istənilən kimi başlamasa da, "boz qurdlar" liderlər qrupunda yer alıb. Qonaqlar bu gün 3 xal qanacağı təqdirdə turnir cədvəlinin zirvəsinə yüksələ bilər.
Qeyd edək ki, hesabat turunun digər 2 qarşılaşması - "Araz-Naxçıvan" - "Qarabağ" və "Sumqayıt" - "Neftçi" görüşü sabah baş tutacaq.
Misli Premyer Liqası
I dövrə, V tur
19:30. "Sabah" - "Turan Tovuz" 0:0 (Birinci hissə)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Əli Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
"Bank Respublika Arena"
"Sabah": 92. Stas Pokatilov 5. Rəhman Daşdəmirov 88. Xəyal Əliyev 18. Pavol Safranko (k) 21. Velko Simiç 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 33. Umarali Raxmonaliyev
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 72. Rustam Samiqullin 17. Tellur Mütəllimov 8. Ayaz Quliyev 2. Amin Seydiyev 6. Abdulax Xaybulaev 20. Coy Lens Mikels 22. Zinedin Uld Xaled 19. Aron Maluda 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas
"Turan Tovuz": 1. Oleq Baklov 29. Filip Ozobiç 4. Şəhriyar Əliyev (k) 88. Faiq Hacıyev 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 19. Roberto Olabe 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 2. Abdulla Rzayev 77. Veysəl Rzayev 5. Roderik Miller 99. Vadji İbrahima 7. Xorxe Silva
Baş məşqçi: Kurban Berdiyev