"Sabah" heyətinə yeni futbolçu cəlb edib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gənc futbolçu Aaron Maluda Fransanın "Lill" klubundan bir illik icarəyə götürülüb.
Maluda Fransanın "Lion"un yetirməsidir. 19 yaşlı futbolçu karyerası ərzində "Lill", "Renn" və "Nim" klublarının ikinci və əsas komandalarında oynayıb.
Qeyd edək ki, vinger Fransanın U-19 millisinin də üzvü olub.