"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan İdman.biz-ə verilən məlumata görə, gənc futbolçu Aaron Maluda Fransanın "Lill" klubundan bir illik icarəyə götürülüb.
O, Fransanın "Lion" klubunun yetirməsidir. 19 yaşlı futbolçu karyerası ərzində "Lill", "Renn" və "Nim" klublarının ikinci və əsas komandalarında oynayıb.
Vinger mövqeyində çıxış edən Aaron Fransanın U-19 millisinin də üzvü olub.
İdman.biz