top
Sabah komandaları Gənclər Dünya Kubokunda iştirak ediblər Idman.biz
20 aprel 2025, 13:50
- +

"Sabah" komandaları "Gənclər Dünya Kuboku"nda iştirak ediblər

"Sabah"ın U-13 və U-15 komandalarının iştirak etdiyi, Türkiyənin Antalya şəhərində keçirilən "Junior World Cup" beynəlxalq futbol turnirinə yekun vurulub.

İdman.biz xəbər verir ki, U-13 "Konyaspor"a 3:1, "Hatay Altın Gençlik"ə isə 11:0 hesabıyla qalib gələrək qrup mərhələsini 2-ci sırada başa vurub.

"Konyaspor"la oyunda "Sabah"ın qollarına Yusif Ağayev, Əli Hüseynli və İbrahim Sədiyev imza atıblar. "Hatay Altın Gençlik" komandası ilə qarşılaşmada isə Yusif Ağayev (5), Cəlal Məmmədli (3), Hüseyn Musayev, Çingiz Müslümov və Eltun Məmmədov fərqləniblər. Nasir Nəsirlinin çalışdırdığı komanda 9-cu yer uğrunda matçlarda Türkiyənin "Kadriyespor" komandasını 9:0, Belarusun "Energetik" komandasını 3:0, Türkiyənin "Özerspor" komandasını isə 1:0 hesabıyla məğlub edib. "Kadriyespor"la oyunda təmsilçimizin qollarına Yusif Ağayev (3), Cəlal Məmmədli, Elman Tahirov, Çingiz Müslümov, Amal Şıxkərimzadə, Hüseyn Musayev və Əli Hüseynli imza atıblar. "Energetik"lə matçda "Sabah"dan Yusif Ağayev, Hüseyn Musayev və Ayxan Hüseynov fərqləniblər. "Özerspor"la görüşdə isə Yusif Ağayev "Sabah"ın yeganə qolunu vurub. "Sabah" turniri 36 komanda arasında 9-cu pillədə başa vurub.

U-15 isə "Konyaaltı" komandasını 2:1, "Manisa" komandasını isə 7:0 hesabıyla məğlub edərək qrup mərhələsini lider kimi başa vurub.

"Konyaaltı" ilə matçda "Sabah"ın qollarına Rəvan Məmmədov və Ayxan İbadov imza atıblar. "Manisa" ilə matçda isə Firdovsi Şeydayev (2), Ayxan İbadov (2), Xəzər Hüseynzadə (2) və Rəvan Məmmədov fərqləniblər. Şahin Zeynalovun baş məşqçisi olduğu komanda 1/4 final mərhələsində İngiltərənin "Fulhem" komandasına 0:2 hesabıyla uduzub. "Sabah" 5-8-ci yerlər uğrunda mübarizədə Qazaxıstanın OİNA komandasına 6:0 hesabıyla qalib gəlib. Ruslan Əbilov, Rəvan Məmmədov (2), Çingiz Məmmədov (2) və Nizami Nəbiyev təmsilçimizin qollarına imza atıblar.

Türkiyənin "Samsunspor" komandası ilə matçda 1:1 hesablı heç-heçə edən "Sabah", oyun sonrası penaltilər seriyasında 6-7 hesabıyla məğlub olub. Bu matçda "Sabah"ın yeganə qolunu Firdovsi Şeydayev vurub. Təmsilçimizin U-15 komandası turniri 24 iştirakçı arasında 6-cı pillədə bitirib.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:29

MLS qapıçısı Roman Kərimov Azərbaycan millisində oynamağa hazırdır

Futbol
Bu gün, 13:29

Vaqif Cavadov: Syerra-Leone ilə oyunda "12-ci oyunçu"nun dəstəyi çox vacibdir

Futbol
Bu gün, 13:20

İran Futbol Federasiyası FİFA-ya ölkənin idman infrastrukturuna dəyən ziyanla bağlı məktub göndərib

Voleybol
Bu gün, 13:14

U-18 Azərbaycan voleybolçu qızlar millisi Avropa çempionatında bütün oyunlarda məğlub oldu

Futbol
Bu gün, 13:00

Bernardo Silva mövsümün sonunda "Mançester Siti"dən ayrılır

Futbol
Bu gün, 13:00

Elmir Xankişiyev: Yığmanın problemli mövqeləri və C Liqasına qayıdış şansı - MÜSAHİBƏ

Futbol
Bu gün, 12:59

Cermeyn Defo "Uokinq" komandasının baş məşqçisi oldu

Futbol
Bu gün, 12:40

Didye Deşam Yoldaşlıq Oyunları və Heyət Seçimi Barədə Danışdı

Futbol
Bu gün, 12:33

Vaqif Cavadov: Syerra-Leone ilə oyunda "12-ci oyunçu"nun dəstəyi çox lazımdır

Futbol
Bu gün, 12:20

Azərbaycan - Syerra Leone oyununu özbək hakimlər idarə edəcək

Basketbol
Bu gün, 12:18

"Toronto Reptors"dan NBA tarixində rekord: Ardıcıl 31 xal

Futbol
Bu gün, 12:02

Lautaro Martines "Roma" ilə oyuna hazırdır

Futbol
Bu gün, 12:00

Nagelsmann Saneyə şans verdi, lakin yerinin daimi olmadığını bildirdi

Minifutbol
Bu gün, 11:59

Futzal üzrə Yüksək Liqanın 16-cı tur oyunlarının hakimləri açıqlanıb

Futbol
Bu gün, 11:40

Avropa nəhəngləri Maksans Lakrua üçün yarışır

Futbol
Bu gün, 11:29

Deşam Olisenin zədələnmə təhlükəsi ilə üzləşdiyi kobud oyuna görə hakimləri tənqid edib

Futbol
Bu gün, 11:20

UEFA "Lilli" "Janna d'Ark" bannerinə görə cərimələdi

Voleybol
Bu gün, 11:13

Kişi Voleybolçular arasında Yüksək Liqada Müntəzəm Mövsümün Son Günü

Futbol
Bu gün, 11:11

Azərbaycan - Syerra Leone matçını Özbəkistan hakimləri idarə edəcək

Futbol
Bu gün, 11:00

"Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli komandada qalmaq məsələsinə aydınlıq gətirdi

Futbol
Bu gün, 10:58

Mirça Luçesku Türkiyə oyununa görə əsəbləşərək huşunu itirdiyini açıqlayıb

Basketbol
Bu gün, 10:43

"Neftçi" - NTD matçı bu gün Bakı İdman Sarayında baş tutacaq

Basketbol
Bu gün, 10:40

ABL: "Neftçi" - NTD oyunu bu gün baş tutacaq

Voleybol
Bu gün, 10:40

Kişi Voleybolçular arasında Azərbaycan Yüksək Liqasında Müntəzəm Mövsümün Son Günü: Oyunlar Bu Gün Keçiriləcək

Oxşar xəbərlər