top
Rza Cəfərov: “Konfrans Liqasına gedib daha yaxşı çıxış edib...” Sport24.az
13 iyun 2024, 17:00
- ↺ +

Rza Cəfərov: “Konfrans Liqasına gedib daha yaxşı çıxış edib...”

Qazaxıstan üzərimdə oyunda iştirak etmədi. Ancaq gənc qapıçımızı hər kəs iş başında görməyi arzulayırdı. Söhbət Rza Cəfərovdan gedir. Son mövsümdə "Neftçi"də özünə yer edən əlcək sahibi millimizin 3:2 hesablı qələbəsindən sonra Sport24.az-ın əməkdaşının suallarını cavablandırdı.


- Rza əlbəttə qələbə şirindi. Nə qədər gənc olsan da, ehtiyat oyunçular skamyasından oyunları izləmək necədi?
- Ehtiyatda olsam da ürəyim komandayla idi. Əsas odur ki, qələbə qazandıq. Məşqçilərin qərarına da hörmət edirəm.


- Bizdə olan məlumata görə, xırda zədən var, ona görə Albaniya ilə oyunda səni meydana buraxmağa ehtiyat etdilər...
- Bəli, bir qədər ayağımda ağrılar vardı. Amma qazaxlarla oyuna tam hazır idim.


- Çempionatın son turunda "Sabah"la vacib oyunu da zədəyə görə buraxdın?
- "Səbail" ilə oyunu zədəyə görə kənarda qaldım. "Sabah"la matçda isə zədəmi sağaltmışdım. Sadəcə, baş məşqçi fərqli qərar verdi.


- "Neftçi" bu il çox uğursuz çıxış etdi. Bu sənə necə təsir etdi? Komandadan getməyi düşünmürsən?
- Azərbaycanlı futbolçular istəyər ki, ən pik oyunlarını "Neftçi"də keçirsin. Şadam ki, tarixi ənənəsi olan "ağ-qaralar"ın "çərçivəsini" qoruyuram. Burda yaxşı oyunlarımı da keçirmişəm. Amma sona yaxın uğursuz çıxışımıza görə məyusam. Konfrans Liqasına gedib daha yaxşı çıxış edib, özümü göstərmək istəyirdim.


- Azərbaycan idman ictimaiyyəti "çərçivədə" yerli qapıçı görmək istəyir. Səndən gözləntilər və sənə güvənənlər çoxdu.Buna münasibət necədi?
- Mən də vaxtımı gözləyirəm. Üzərimdə maksimum çalışıram ki, daha da yaxşı olum.


- Rza nə vaxt yığmada əvəzolunmaz "1 nömrə" kimi olacaq?
- Özümü ən yaxşı tərəfdən göstəmək və yoldaşlıq oyunlarında maksimum şans qazanmağı hədəfləyirəm. Üzərimdə çox işləyib buna nail olmağa çalışacam.

CEYHUN ƏLİYEV

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Dünən, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Oxşar xəbərlər