top
Rüstəm Rəhimov: Hakim səhvləri cəzasız qalmamalı, rəqabət artırılmalıdır Idman.biz
06 aprel 2026, 17:21
- ↺ +

Rüstəm Rəhimov: Hakim səhvləri cəzasız qalmamalı, rəqabət artırılmalıdır

"Hakim səhvləri cəzasız qalmamalı, rəqabət mühiti yaradılmalıdır".

Bu sözləri ümumittifaq dərəcəli referi Rüstəm Rəhimov Azərbaycanda hakimliyin mövcud vəziyyəti barədə danışarkən deyib.

AFFA Veteranlar İttifaqının sədr müavini bildirib ki, hakim səhvləri yalnız Azərbaycanda deyil, digər ölkələrin çempionatlarında da müşahidə olunur.

"İtaliyada, İspaniyada və digər ölkələrdə də hakim səhvləri olur. Azərbaycan futbolunda hakimliyin ideal vəziyyətdə olduğunu demək düzgün olmaz. Hakimlər hər zaman səhvlər ediblər və bu, futbolda təbii haldır", - deyə o, AZƏRTAC-a açıqlamasında söyləyib.

R.Rəhimov VAR sisteminin tətbiqindən sonra bəzi hallarda anlaşılmaz qərarların ortaya çıxdığını qeyd edib: "Bəzən VAR kömək edir, bəzən isə gözlənilən effekti vermir. Belə olan halda bütün məsuliyyəti baş hakimin üzərinə atmaq doğru deyil. Bu sistem üzərində daha çox işlənməlidir ki, səhvlərin sayı azalsın".

Veteran referi AFFA Hakimlər Komitəsinin fəaliyyətinə də toxunub: "Hazırda komitəyə Rəhim Həsənov rəhbərlik edir. O, peşəkar və işini yaxşı bilən mütəxəssisdir. Ona şərait yaradılmalıdır ki, fəaliyyətini davam etdirsin. Ümumilikdə, Hakimlər Komitəsi hazırda səylə çalışır. Ölkədə gənc və perspektivli hakimlər yetişir. Tural Qurbanovun briqadasına UEFA tərəfindən beynəlxalq təyinat verilməsi bunun göstəricisidir. Bu cür hakimlərə daha çox şans verilməli, onlar dəstəklənməlidir".

O, hakim səhvlərinin gizlədilməməsinin önəmindən danışıb: "Səhvlər açıq şəkildə müzakirə olunmalıdır. Rəqabət mühiti yaradılmalıdır ki, hakimlər inkişaf etsinlər. Əgər səhvlər cəzasız qalarsa, bu, məsuliyyət hissini azaldır. Hakimlər bilməlidir ki, səhv edəcəkləri təqdirdə onları əvəz edə biləcək digər namizədlər var. Hazırda ölkədə yüksəksəviyyəli hakimlərdən biri də Əliyar Ağayevdir və bu da ümumi rəqabət mühitinə müsbət təsir göstərir. Ölkə çempionatlarında oyunların sayı çoxdur və onları idarə etmək üçün daha çox peşəkar hakimlərə ehtiyac var. Buna görə həm rəqabət artırılmalı, həm də yeni hakimlər yetişdirilməlidir".

R.Rəhimov, həmçinin hakimliklə bağlı səslənən şübhəli məqamların diqqətlə araşdırılmasının vacibliyini vurğulayıb: "Bəzən klub rəhbərləri tərəfindən müxtəlif iddialar səsləndirilir və bu, müəyyən şübhələr yaradır. Lakin konkret faktlar olmadan nəsə demək düzgün deyil. Bu cür məsələlər mütləq şəkildə araşdırılmalı, təhlil edilməli və nəticədə düzgün qərarlar verilməlidir".

Xatırladaq ki, AFFA tərəfindən FIFA referisi Əliyar Ağayevin Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilən "Turan Tovuz" - "Zirə" (0:2) matçında iki epizodda səhv qərar verdiyi təsdiqlənib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Dünən, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Dünən, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Dünən, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Dünən, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Dünən, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Dünən, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Oxşar xəbərlər